Bu gün:


FutbolPress.Az | "Məğlub olsaq da, oyun üslubumuzdan razıyam" - Qurban Qurbanov

"Məğlub olsaq da, oyun üslubumuzdan razıyam" - Qurban Qurbanov


oxunma sayı: 535 Paylaş:

FutbolPress"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində səfərdə "Çelsi" iləq arşılaşıb. Təmsilçimizin 0:6 hesablı məğlubiyyətindən sonra komandanın baş məşqçisi Qurban Qurbanov matç barədə fikirlərini bildirib.

O, "Çelsi"nin çox yaxşı oynadığını bildirib:

"Çelsi" və Antonio Konteni təbrik edirəm. Çox çətin oyun oldu. Rəqib çox yaxşı oynadı. Oyundan əvvəl də demişdim ki, onlar favoritdilər. Çoxlu səhvlər etdik, amma bunları düzəltməliyik. Məğlub olsaq da, oyun üslubumuzdan razıyam".

Təcrübəli mütəxəssis gələcəkdə daha böyük uğurlar qazanacaqlarına inandığını söyləyib:

Biz həmişə bu mərhələdə oynamaq istəyirdik. Bu, Azərbaycan üçün ilk idi. Futbolda yeni ölkəyik və Çempionlar Liqasının qrupunda oynamağımız Azərbaycanda futbolun populyarlaşmasına səbəb olacaq. Bu uğurun bizimlə bağlı olmasına görə sevinirik. Fəxr edirəm ki, bu komandanın başındayam. Nəticədən razı qala bilmərik, amma səhvlərimizdən nəticə çıxarmalıyıq. Məncə, gələcəkdə daha böyük uğurlar qazanacağıq".




oxunma sayı: 535 | Paylaş: