Bu gün:


FutbolPress.Az | "Qarabağ" darmadağın oldu

"Qarabağ" darmadağın oldu


oxunma sayı: 111 Paylaş:

FutbolPressBu gün Çempionlar Liqasında qrup mərhələsində start verilib. Azərbaycan futbolu tarixində ilk dəfə bu mərhələdə çıxış edən "Qarabağ"da öz oyununu keçirib.

Ağdam klubu İngiltərənin paytaxtı Londonda "Çelsi"nin qonağı olub. C qrupunda yer alan komandaların görüşü "Stemford Bric" stadionunda keçirilib. Yunanıstanlı Tasos Sidiropoulosun başçılıq etdiyi hakimlər briqadasının idarə edəcəyi matçın start fiti 22:45-də səslənib. 

Təmsilçimiz qrup mərhələsində debütü uğursuz olub. "Çelsi" 6 cavabsız qolla qələbə qazanıb.

Çempionlar Liqası, qrup mərhələsi
C qrupu

22:45. "Çelsi" (İngiltərə) - "Qarabağ" (Azərbaycan) 6:0
Qol: 
Pedro, 5, Zappakosta, 30, Aspilikueta, 55, Bakayoko, 71, Batşuay, 76, Medvedev, 82 (öz qapısına)

Baş hakim: Anastasios Sidiropulos
Yan xətt hakimləri: Polyxronis Kostaras, Lazaros Dimitriadis
Əlavə köməkçi hakimlər: Xaralambos Kaloqeropulos, Aleksandros Aretopulos
Dördüncü hakim: Damianos Eftimiadis (hamısı Yunanıstan)
Hakim-inspektor: Paulius Maljinskas (Litva)
UEFA nümayəndəsi: Mixal Martinyak (Slovakiya)
London, "Stemford Bric" stadionu

“Çelsi”: 13. Tibo Kurtua, 3. Markos Alonso, 4. Sesk Fabreqas, 7. Nqolo Kante, 11. Pedro Rodrigez, 21. David Zappakosta, 22. Villian, 23. Miki Batşuay, 24. Qari Keyhil, 27. Andreas Kristiansen, 28. Sezar Azpilikueta
Ehtiyat oyunçular: 1. Villi Kabalyero, 2. Antonio Rüdiger, 9. Alvaro Morata, 10. Eden Azar, 14. Timo Bokayko, 15. Viktor Moses, 30. David Luiz
Baş məşqçi: Antonio Konte
 
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 77. Donald Gerye
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 11. Mahir Mədətov, 18. Tarik Elyunusi, 22. Əfran İsmayılov, 32. El


oxunma sayı: 111 | Paylaş: