Bu gün:


FutbolPress.Az | "Qarabağ" U - 19 darmadağın oldu

"Qarabağ" U - 19 darmadağın oldu


oxunma sayı: 132 Paylaş:

FutbolPress"Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında ilk oyununa çıxıb.

Ağdam klubu səfərdə "Çelsi"li həmyaşıdları ilə üz-üzə gəlib. Matç Bakı vaxtı ilə saat 16:05-də başlayıb.

Görüş təmsilçimizin böyük heablı məğlubiyyətiylə başa çatıb. İkinci hissənin əvvəllərində İbrahim Qədirzadənin qırmızı vərəqə alması komandanı pis vəziyyətdə qoyub. Bundan sonra Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv qapısında 5 top görüb.

UEFA Gənclər Liqası

“Çelsi” – “Qarabağ” - 5:0
Qollar:
 Hadson-Odoi, 54, MakKormik, 63, 71, 74, Çarli Braun, 80
Qırmızı vərəqə: İbrahim Qədirzadə, 49

"Çelsi”nin təlim-məşq mərkəzinin stadionu
Hakimlər: Robert Hennessi, Darraq Kiqan, Darren Keri

“Çelsi”: 1. Ceymi Kamminq, 2. Rise Ceyms, 3. Jozef Kolli, 4. Trevo Çaloba, 5. Koul da Silva, 6. Ethan Ampadu, 7. Duyon Sterlinq, 8. Luk MakKormik (k), 9. Martell Teylor-Krossdeyl, 10. Yakob Maddoks, 11. Kallum Hadson-Odoi
Ehtiyat oyunçular: 13. Marsin Bulka, 12. Xuan Familio-Kastilyo, 14. Çarli Braun, 15. Corc Makİçran, 16. Mark Quehi, 17. Konor Qallager, 18. Coşua Qrant
Baş məşqçi: Co Eduards

“Qarabağ”: 40. Məmməd Hüseynov, 3. Turan Manafov, 28. Süleyman Əhmədov, 31. Oliver Stoymenovski, 39. Zaur Fərzəliyev (k), 47. Əsgər Hüseynov, 48. İbrahim Qədirzadə, 49. İbrahim Əliyev, 51. Elçin Əsədov, 59. Boyan Miovski, 80. Yusif Həsənov
Ehtiyat oyunçular: 63. Rəhim Rəhimli, 26. Rahid Ağazadə, 27. Ülvi İbrahimov, 36. Əli Əliyev, 38. Famin Əliyev, 54. İbrahim Hüseynov, 72. Taleh Rzayev
Baş məşqçi: Rəşad Sadıqov


oxunma sayı: 132 | Paylaş: