Bu gün:


FutbolPress.Az | "Qalib gəlməliyik" - David Luiz

"Qalib gəlməliyik" - David Luiz


oxunma sayı: 78 Paylaş:

FutbolPressBu gün Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"la qarşılaşacaq "Çelsi"nin futbolçusu David Luiz açıqlama verib.

O, axşamkı matçda qalib gəlmək istədiklərini bildirib:

"Avropada çıxış etmək hər zaman yaxşıdır. Fərqli ölkələrdə, fərqli klublarla mübarizə aparırsınız. Çempionlar Liqasında möhtəşəm futbolçular  və komandalar var. "Qarabağ"la matça yüksək əhval-ruhiyyə ilə çıxaraq, qalib gəlməliyik. Yaxşı nəticə əldə etmək istəyirik".

"Çelsi" - "Qarabağ" matçı bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


oxunma sayı: 78 | Paylaş: