Bu gün:


FutbolPress.Az | Mourinyo: "O, mənə lazımdı"

Mourinyo: "O, mənə lazımdı"


oxunma sayı: 20 Paylaş:

FutbolPress“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo bu gün Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Bazel”lə keçiriləcək oyundan əvvəl açıqlama verib.

Portuqaliyalı mütəxəssis Maruan Fellayni barədə də danışıb. O, belçikalının komanda üçün olduqca vacib futbolçu olduğunu vurğulayıb:

“O, mənim üçün çox vacib futbolçudu. Hətta siz təsəvvür etdiyinizdən də vacib. Fellayni olmayanda özümü çox gücsüz hesab edirəm.

Fərqi yoxdu, o, meydandadı, ya ehtiyat oyunçular skamyasında. Fellayninin durumu yaxşılaşsa, heyətə daxil edəcəm. O, mənə lazımdı”.


oxunma sayı: 20 | Paylaş: