')

Bu gün:


FutbolPress.Az | Gözəl və ağıllı şəhər  (YAZI + FOTOLAR)

Gözəl və ağıllı şəhər (YAZI + FOTOLAR)


oxunma sayı: 4135 Paylaş:

FutbolPressNorveçə səfər eləmək... Elə bu xəbərin özündə həyəcan, pozitiv niyyətlər, ciddi plan, inanılmaz hisslər var. Bir ölkə nə qədər gözəl ola bilərsə, sevimli Norveç o qədər gözəldir, cazibəlidir, təbiidir.

2015-ci ildə də milli ilə Osloya getmişdim. Fərqlər var, ama mahiyyət eynidir. Aeroportdan şəhərin mərkəzinədək 40-45 dəqiqəlik yolda sağa-sola baxıb heyran olursan. Elə bil dağı, çəməni, ağacı, kolu, yolu, yolkənarını üfürüb, silib-təmizləyib qoyublar yerinə. Parıltı, təmizlik göz qamaşdırır.

Norveç millisinin bazası - "Ullevaal" böyük kompleksdi. Biz bazanın otelində yerləşdik. Bazaya aptekdən tutmuş brend idman mağazaları, idman zalları, ərzaq marketi, əyləncə kompleksləri və restoranlaradək var. "Ullevaal" şəhər içində şəhərdir. Stadion millinin oyun günləri dolmasa da, kompleksdəki restoranlar ağzınacan dolu olur. Bu, ciddi marketinq ideyasının nəticəsidir. Yadıma BOS düşdü. Toy ideyasından tutmuş, oyunların keçirilməsinədək probemli stadion. Nəysə, Norveçlə nəinki özümüzü, heç bir yeri müqayisə eləmək istəmərəm.

Norveç özünəməxsusluğu ilə olduğum böyük beşlik ölkələrindən ciddi fərqlənir. Avro ilə bu ölkələrin hərbirində rahat alış-veriş eləyə bilərsənsə, Norveçdə mütləq əlindəki valyutanı Norveç kronuna dəyişməlisən. Bütün qiymətlər kronla göstərilir.

İngiltərə, Almaniya, Fransa, İspaniya İtaliya və s. olduğum ölkələrin hamısında dönər, "açık büfe" restoranları hər küçədə olsa da, Osloda heç bir dönərxana, "açık büfe" ilə rastlanmadıq. Bu cür analogiya ilə bir də Barselonada qarşılaşmışdım.

Bütün Avropada minivanlara daha çox üstünlük verilir. Bu məsələdə də Oslo ilə Barselona oxşayırdı. Ən bahalı inomarkalar...

Bir də, ən əsası, norveçlilər olduqca səliqəli, zövqlü geyinirlər. Həm də Tur Heyerdalın  dediyi kimi, onlar vaxtilə Qafqazdan köç edənlərdir - bəli, onlar da bizim kimi çox yeyirlər. Ancaq hər yanda qaçan, idman eləyənlər var deyə, şişkolar görməzsən.

Norveçin valyuta ehtiyatlarına görə dünyanın ən zəngin ölkələrindən olduğunu bilirsiniz. Onlar nefti olub ən doğru xərcləyən və ən dinc ölkə kimi bütün buruqlu ölkələrə bu mövzuda nümunədir.

Ümumiyyətlə, skandinavlar tarixin hansısa mərhələsində dərk elədilər ki, başqalarıyla müharibə eləmək axmaqlıqdır. İnkişaf da bundan sonra başlayıb, bu həddə çatdı.

İndi Skandinaviya ölkələri təhsil  və həyat səviyyəsinə görə bütün dünya reytinqlərinə liderlik edirlər.

Osloda olduğum 2015-dəki ilə budəfəki üst-üstə 8 günü səfərlərim arasında ən ecazkarı saya bilərəm. Sistem bütün amilləri nəzərə alıb, onları təmin edir. Qatara minik üçün turniketlər olsa da, xüsusi boş sahə də saxlayıblar - ordan şəhərin qonaqları (istəsə) pulsuz keçə bilər, ölkəyə köç eləmiş immiqrantlar istifadə eləyə bilər.

Oslonun özünəməxsus arxitekturası var. Eqolu göydələnlərə rast gəlməzsiniz. Ancaq şəhərin mərkəz hissəsində bina tikintiəri çox sürətlənib. Elə bil, Norveç indi ayılıb ki, bir neçə göydələn mütləq olmalıdır, müasir şəhərlərin simvollarındandır bu.

Şəhərin hər yanında kranlar var. Oslonu kranlar şəhəri saymaq olar. Tikinti bumunun məqsədini öyrəndim. Həddən artıq valyuta ehtiyatları olan Norveç hökumətinin süni hərəkətlilik - iş mühiti yaratmaq məqsədiylə tələb və təklif anlayışnını əksinə, qəsdən bahalı qiymət siyasəti yürüdür. Ancaq gəlir baxımdan heç bir narahatlığı olmasa da, Osloda çox insan bundan narazılığını bildirir. Onlar turistlərin bahalıqdan narazılığına görə hökumətə etiraz edirdilər. Nəhayət, hökumət razılaşdı ki, sənaye hərəkətliliyini artırmaq gərəkdir. İnsanlar iş görüb, daha yüksək məvacib alsınlar. 900 milyard dollardan çox ehtiyatı olan dövlətin bundan sonra 150 il də gəliri olmasa, bütün əhali üçün bəs edər. Bu, artıq arxayınlıq yaradır ki, iqtisadi manevrlər, riskli layihələr edəsən.

Ona görədir ki, 2 ildən sonra Osloda tikinti bumunu görməyim təsadüfi deyil.

Həm də işçi miqrantlara daha rahat açılan hökumət sanki gözlədi ki, neft gəlirlərindən asılı olub, xoruzlanan, buynuz çıxaran ölkələr nə qələt edəcək, eləsinlər, ondan sonra başlasınlar islahatlara.

Norveç bu il daha asan viza verir. Əvvəllər isə ən əksər ölkələrdə viza mövzusunda çətin səfirliklərdən sayılırdı.

İndi 3-4 günə viza müraciətinin cavabı çıxır. Norveçdə biznes qurmaq istəyənlərçün xüsusi güzəştlər tətbiq olunmağa başlayıb.

Əlbəttə ki, biz 4 günə Oslonu tam görə, təəssürat formalaşdıra bilməzdik. Ancaq nəzərə alın ki, mənim xüsusi diqqətimdə olan ölkələrdən biridir və demək olar ki, haqqında hər sənədli filmi, turist bloqunu oxuyuram. Yeganə ölkədir ki, bloqlarda yazılan təriflərlə tam üst-üstə düşdüyünü görmüşəm.

Hər bir proses ciddi sistemlə işləyir. Məsələn, ecazkar İtaliyada restoranda nəsə sifariş eləsən, ofisinatın gətirməmək ehtimalı 50%-dən yuxarıdı. Əhlikeflik... Ancaq Norveçdə, məsələn bizim yerləşdiyimiz otelin restoranı ən məşhur brendlərdən biridir. Ama ofisiantların, restoranın iş rejiminin saat kimi işlədiyini gördük.

Bizim psixologiyamıza görə varlı ölkənin vətəndaşı qulluq eləməyi sığışdırmaz özünə...

Ofisiantdan soruşdum, 6+8 saatlıq iş rejiminə görə 3500 avro alır. Bizimlə müqayisə eləsək, təxmini belə çıxır ki, bizdəki ofisinat 8-10 min manat alır. Qiymətlər fərqini də nəzərə alsaq, 10 mindən 3-4 minini çıxaq. Yenə də onların ofisinatı bizim professordan 10 dəfə artıq qazanır. İlahi ədalət?

Yox, ilahinin belə şeylərə müdaxiləsi yoxdur. Sənin ölkən demokratik idarə edilməlidir. Məhkəmə hakimiyyəti müstəqil olmalıdır. Belədə "Ay da! Yu Es Ey girdi İraqa" söhbəti "Yu Es Ey girdi Norveçə" olmur. Heç bir "nəhəng" doğru, qanunla idarə olunan ölkəyə soxulmur. Əlbəttə ki, "bespredel" siyasətin mantiyasıdır və biz bu məsələdə qəti fikir bildimirik...

İndi təsəvvür edin ki, Norveç haqda təəssüratlarımı bir yox, onlarla məqaləyə sığışdıra bilməyəcək durumdayam və indi keçid eləmək istəyirəm Norveç - Azərbaycan oyunu hissəsinə. Bax, burda hardan başlayıb, hara keçim - çarnaçar qalmışam.

Başlayım Vaqif Sadıqov, İsgəndər Cavadov kimi veteran, ziyalı... OK. ağız büzməyin, zarafat elədim.

Sadıqovla Cavadovu oyundan qabaq keçirilən məşqdə gördüm ilk dəfə. Jurnalistlərçün ilk 15 dəqiqəsi açıq olan məşqdə gözüm ən çox onlara baxdı. Lazım olanda yüz əlli metrdən görüb, özü yaxınlaşan Sadıqov bu dəfə 15 dəqiqə ərzində olduğum tərəfə baxmadı. Hətta "Milli dəstə"nin yanında dayandım ki, səssiz stadionda bircə onlar qışqırırdılar - bəlkə vaqif&isgəndərgil bir dəfə də olsun o tərəfə baxarlar, mən də əl sallayıb, deyərəm ki, ay kişi, gəlin, müsahibə edək. Baxmadılar! Başıaşağı oyana getdilər, bu yana getdilər, sonra otelə getdilər, yatdılar, durdular, yenə eyni cür etdilər.

Oyundan sonra da miks zonada onlara tərəf baxdım, əl salladım, haray saldım, baxmadılar.

Onlar niyə danışmır?

Daim problemləri 2-3 media qabartmalıdır? Vaqif bəy, sizə acı bir həqiqəti etraf eləmək istəyirəm. Həmişə deyirsiniz ki, media çox çətin vəziyyətdə işləsə də risklərdən çəkinmir, yazır. Elə oğlanlar var olsun və s.

Bəli, Vaqif bəy, biz yazırıq, problemləri qabardırıq, bax, bundan qazanan siz olursunuz.  AFFA rəhbərliyi aşkara çıxardığımız həqiqətləri sizin dilə gtirməməyinizçün öz çətiri altına dəvət edir, siz də gedirsiniz...

Bax, bu həqiqəti ona görə yazıram ki, həmişə deyirsiniz, "...üzünə demək olmasın, həmişə nə var, onu yazırsan".

Ümid etmirəm ki, Azərbaycan futbolunun ziyalı təbəqəsi (?!), nəhayət, qalxıb, anormal idarəçiliyə etirazını bildirəcək. Sizə olan etimad və ümid basdırılıb.

Ona görə də Məşqçilər Komitənizi Prosineçki heç komitəsinə də almır. Həmin Prosineçki ki, heç jurnalistlərin də açıq qalan mövzulara aid suallarını cavablandırmır. "Yalnız oyun haqda" deyib, oyun haqda öz xoşuna gəlməyən suallara da cavab vermir. Çünki ölkə futbolunda ziyalı gücü, qüvvəsi yoxdur.

İki il əvvəl "Ulleval"dan xalla qayıdan komandadan daha güclüdür indiki heyət. Çünki o heyətdəki əksəri indi ÇL-in qrupunda oynayan komandanı təmsil edir, başqaları da səviyyəni artırıb və s.

Ancaq 0:2 uduzuruq. Dəmir intizamı ilə seçilən Bədavi penalti səbəbi olur, qırmızı vərəqə alır, kapitan Rəşad Sadıqov avtoola uğrayır və s.

Çünki Prosineçki Norveçlə oyuna hazırlamadı komandanı. Azərbaycana oyuna bir həftə qalmış gəldi. Gələndən də ətrafa ağız büzməkdən başqa nəsə eləmədi. Məğlubiyyəti də atdı penaltinin, qırmızı vərəqənin - komandanın üstünə.

Halbuki, start heyət seçimində də, ciddi desək, məzələnmişdi hamıyla. Acıq çıxmışdı...

Prosineçki "Bursaspor"a braxılmalıydı. İnad eləyib, saxladılar. Bu da AFFA rəhbərliyinin növbəti yarıtmazlığı...

İndi də onu urvatsız yola salmağa çalışırlar. Bu ölkədə adi futbol idarəçiliyi də belə abırsız təfəkkürdədir.

Sizə əsrarəngiz Oslo mənzərələri təqdim edirəm. Baxın, eyniniz açılsın. Daha açıq beyinlə sistemə daha tutarlı arqumentlərinizi fomalaşdırın.

Elçin Cəlilov
Bakı - Oslo - Bakı
(Fotolar müəllifindir)
















































oxunma sayı: 4135 | Paylaş:




?>