')

Bu gün:


FutbolPress.Az | Futbol qumarbazları

Futbol qumarbazları


oxunma sayı: 2160 Paylaş:

FutbolPress
anargerayli@gmail.com

- Tağı, bu gün "Real" nə gələjək, qaqa?
- Ə, "Real" "opasnı"dı vallah. Neçə həftədi dalbadal udur ey, qorxuram bu dəfə "yata". Özdə "kofisient"i də həlləm-qəlləmdi.
- Hacı əmi, sən nə görürsən "Real"ı?
- Kamil, mən özüm "bolşe" girəcəm. Səni bilmirəm. Amma maa elə gəlir ki, "Real" doldurajax "Rasinq"ə.
- Adam qorxur e vallah bu ispanlardan. Birdə gördün "yatdılar". O dey ha, görmədin keçən həftə "Barsa" "Rubin"nən oyunda necə "yatdı"?!
- Sən öl düz deyirsən, Kamil!
- Guya italyanlar abırlıdı, ə? Keçən həftə görmədin, "Milan"a 1,20 "kofisient" verirdilər, "yatdı".
- Hə, yadımdadı, Tağı. 9,60 gəldi də!
- Balaş, "Bavariya"ya genə 1,30 veriblər. Dəəsən genə "yatajax", qağa?!
- Ə yox, bu dəfə udajax. Keçən həftə verdi oyunu, bu dəfə də versə, işi "opasnı"dı "uje".
- Hacı əmi, mən ölüm gördün də, dünən 2,7 "menşe"ni necə "tutdum"?!
- Hə, Tağı. Ə, vallah mən də sənin kimi bütün günü "bukmeker" oxusam "tutaram".
- Balaş, xəbərin oldu də! Kamilin "papası" o gün 50 manat qoydu, 2500 manat götürdü.
- Hə, eşitdim. Amma özaramızdı də, kişi yaman "riskovannı" variant yazmışdı ha!
- Hə, həmin gün mən də cəmi bir oyundan "çıxdım" də! "Gəlsəydi" 220 manat "tuturdum". Bir dənə "menşe"dən çıxdım.
- Ayə, xəbəriniz var? Deyir UEFA düşüb bu bukmeker kontorların üstünə. Deyir keçən il Çempionlar Liqasında 3 oyun satılıb. Almaniyada da onneçə dənə oyunun üstü açılıb.
- Eşitdim ə, deyir Türkiyədə də 26 oyunun satıldığı tapılıb. Sən öl boş şeydi, onsuzda bir şey eliyən döyüllər! Guya bilmirlər də, "Bwin" "Real"a, "Milan"a sponsurluq eliyir, ollar da ildə bir neçə oyunda "yatırlar". Özdə hamısı "sensasionnu" oyunlar olur.
- Sora da deyillər ki, Azərbaycanda oyun alveri var. Sən öl, bu xaricilər bizi tozda qoyub.
- Ə, bizim çempiyanatı variantlara salsalar bilirsən noolar? Tanıyır də, xaricilər bizi, ona görə də salmırlar variantlara.
- Hələ salmıya-salmıya bu qədər şey olur, gör "maraton" zad bizi varianta salsa noolar e?
- "Naturalnı" "bardak".
- Tağı, ə sən öl beynim şişdi. Dur gedəy evə, yemək zad zəhərriyək, tezdənnəm burdayıq. Onzusda oyunların vaxtına var hələ. Axşam gəlib yazarıq.
- Hə, dur gedək, həmdə evdə biraz "bukmeker"ə baxım.
- Hacı əmi, sən burdasan hələ?
- Yox, qadan alım, yazdım mən "uje". Gedirəm evə. Görək nə gələcək. Allaha pənah.
- Allah qoysa gələr hacı əmi, sən hacı adamsan, ürəyini sıxma.

Yazarın bütün yazıları

oxunma sayı: 2160 | Paylaş:




?>