"Qarabağ" qrup mərhələsinə uğursuz gündə yüksələcək?
Paylaş:
"Qarabağ" sabah Çempionlar Liqasının pley-off mərhələsində Danimarka "Kopenhagen"i ilə qarşılaşacaq. Matçın keçiriləcəyi 23 avqust heç də klublarımız üçün uğurlu gün sayılmır.
Buna qədər həmin tarixdə keçirilən heç bir oyunda Azərbaycan təmsilçiləri qələbə qazana bilməyiblər. Keçirilən 4 oyunun 3-də uduzan klublarımız 1 dəfə heç-heçə ediblər.
Ağdamlılar sabahkı matçda Qələbə qazanmaqla həm ÇL-in qrup mərhələsinə yüksələrək, yeni tarix yaza, həm də 23 avqust günündə avrokuboklarda qalib gələn ilk təmsilçimiz ola bilər.
Azərbaycan klublarının 23 avqustda bütün oyunları:
UEFA kuboku
1994. “Turan” 0:2 “Fənərbaxça” (Türkiyə)
2001. “Şəfa” 0:3 “Olimpiya” (Sloveniya)
2001. “Hit Qoritsa” (Sloveniya) 1:0 “Neftçi”
Avropa Liqası
2012. “Neftçi” 1:1 APOEL (Kipr)
"Kopenhagen" - "Qarabağ" oyununun start fiti 22:45-də səslənəcək.
| Paylaş: