')

Bu gün:


FutbolPress.Az | "Kopenhagen" mərhələ keçməsə, buna görə cavab verməli olacaq"

"Kopenhagen" mərhələ keçməsə, buna görə cavab verməli olacaq"


oxunma sayı: 309 Paylaş:

FutbolPressDanimarka millisinin sabiq baş məşqçisi Stiq Teftinq "Qarabağ"ın Çempionlar Liqasının (ÇL) pley-off mərhələsindəki rəqibi olan "Kopenhagen" klubu haqda danışıb.

O, ÇL-də şanslarını dəyərləndirdiyi paytaxt təmsilçisinin çempionatın son matçında üstün oyun nümayiş etdirmədən qələbə qazandığını bildirib: "Artıq buna təəccüblənmirəm. çünki "Kopenhagen" əvvəlki kimi üstün oynamır. Düzdür, Çempionlar Liqasında da çıxış edir, ancaq "Qarabağ"la matçda necə oynayacaqlarını bilmirəm. "Kopenhagen"in oyununu heç də bəyənmirəm. "Qarabağ"la görüş onun üçün dönüş nöqtəsi də sayıla bilər. "Kopenhagen" bu səddi keçə bilməsə, buna cavab verməli olacaqlar".

"Kopenhagen" - "Qarabağ" oyunu avqustun 23-də Bakı vaxtı ilə saat 22:45-də baş tutacaq. İlk matçda Ağdam klubu 1:0 hesablı qələbə əldə edib.


oxunma sayı: 309 | Paylaş:




?>