')

Bu gün:


FutbolPress.Az | I Divizion nə vaxt başlayır?

I Divizion nə vaxt başlayır?


oxunma sayı: 441 Paylaş:

FutbolPressTopaz Premyer Liqasında ilk 2 tur geridə qalsa da, I Divizionun nə vaxt başlayacağı hələ dəqiq bəlli deyil. Peşəkar Futbol Liqası yarışın startını növbəti ayın ilk 10 günlüyünə planlaşdırır.

Bu barədə "FutbolPress"ə açıqlamasında PFL-in Texniki-İdman şöbəsinin rəisi Zamiq Hüseynov məlumat verdi:

"I Divizionun dəqiq başlama tarixi bəlli deyil. Bunu sentyabrın ilk 10 günlüyünə planlaşdırmışıq. Startdan təxminən 1-2 gün əvvəl isə yeni mövsümün püşkatması keçiriləcək".

Dəqiq tarix məlum olmadığı kimi iştirakçı sayı da bilinmir:

"Bu ildən I Divizionda iştirak etmək istəyən klublarla bağlı yeni iştirak qaydaları müəyyənləşdirilib. Hansı ki, bu barədə mətbuata açıqlama verilmişdi. Hazırda komandaların müraciətləri qeydə alınır. Yaxın zamanda xüsusi komissiya buna baxacaq və ondan sonra hansı komandaların iştirak edəcəyi dəqiqləşəcək. İndidən say tərkibi və klubların adlarını demək mümkün deyil".


oxunma sayı: 441 | Paylaş:




?>