')

Bu gün:


FutbolPress.Az | "Hakim idarəçiliyindən qəti razı deyiləm" - Roman Qriqorçuk

"Hakim idarəçiliyindən qəti razı deyiləm" - Roman Qriqorçuk


oxunma sayı: 270 Paylaş:

FutbolPressTopaz Premyer Liqasında II turun "Qəbələ" - "Sumqayıt" oyunundan sonra keçirilən mətbuat konfransında "qırmızı-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb:

Ukraynalı mütəxəssis əvvəlcə oyun barədə fikirlərini cavablandırıb:

"Bu gün komandamdan razı qaldım. Çünki qalib gəldik. Növbəti oyun çox ciddi matçdı. "Qarabağ"la görüşlər həmişə maraqlı olub. Ötən mövsüm elə oyunlar oldu ki, lazımsız yerə xallar itirdik. Ona görə də, hazırki nəticə məni sevindirir".

- Cavid Hüseynovun durumu nə yerdəri?
- Özü oynamaq istəyirdi. Dünən də məşqdə istəyini göstərdi. Biz risk etmək istəmədik. Boğaz ağrıları və qızdırması var idi. Bu səbəbdən oynamamasına dair qərar verdik.

- Bir neçə epizodda əks-hücum zamanı Ozobiç əlverişli mövqedə olan komanda yoldaşına ötürmə vermədi...
- Təkcə Ozobiçlə bağlı epizodlar olmadı. Razı qalmadığım çox məqamlar var. Amma bəzilərində daha ağıllı qərarlar verdik.

- Növbəti tur "Qarabağ"la oynayırsız. Ona qədər isə Ağdam klubu "Kopenhagen"lə qarşılaşacaq. Bu baxımdan "Qəbələ"yə üstünlük vermək olarmı?
- Əslində, mən təəccüblənirəm bu söhbətlərdən. Bunda heç bir problem görmürəm. Özümüz də avrokuboklarda oynamaq istəyərik. Bu, komandanı inkişaf etdirir. Təqvimiz çox yaxşıdı, ondan da razıyam və heç bir problem görmürəm. Avrokuboklarda oynayan komandanın üstünlüyü olur. Çünki onlar daha ciddi rəqiblərlə oynayır və tam hazır durumda olur. Bu baxımdan "Qarabağ" üçün üstünlük görürəm. Bütün bunlar əgər komanda yaxşı komplektləşsə, keçərlidi. Yox bəzi çatışmazlıqlar olsa, siz deyən kimi ola bilərdi.

- Oyun gedişində mübahisəli epizod oldu və hakim heç cərimə zərbəsi də təyin etmədi. Ümumiyyətlə, ötən mövsüm də narazılıqlarınız var idi. Sizcə hakimin bu qərarı davam edən haqsızlığın başlanğıcıdımı?
- Bu oyunun idarəetməsindən qətiyyən razı deyiləm. Həmin epizodda kobuluq var idi. Ancaq nəinki sarı vərəqə, heç cərimə zərbəsi də təyin etmədi. Düşünürdüm ki, ikinci turdu hələ tezdi, ancaq deyirəm ki, hakimliklə qətiyyən razı deyiləm. Bu matçda ən azı bir qırmızı vərəqə olmalıydı. Bunlar olsaydı, rəqib də başqa cür oynayardı.


oxunma sayı: 270 | Paylaş:




?>