Zaur Svanadze: "Transfer pəncərəsi açılana qədər əzab çəkəcəyik"
Paylaş:
Topaz Ptremyer Liqasında II turun “Qaraba” – “İnter” oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Zaur Svanadze fikirlərini bildirdi:
Gürcüstanlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirdi:
“Çətin oyun oldu. Uşaqlar var qüvvələri ilə çalışdılar. İlk hissəyə yaxşı başlamadıq və təşəbbüsü rəqibə verdik. Adi ötürmələrdə səhvlərimiz oldu. Sonra bir az özümüzə gəldik. İkinci hissədə rəqibin əsas bir neçə oyunçusu meydana çıxdı. Komandamız tab gətirməyə çalışdı. Bir anlıq sayıqlığı itirdik və qol buraxdıq. İki məğlıubiyyətdən sonra toparlanmalı və xallar yığmağa çalışmalıyıq”.
- Son dəqiqə qolu komandaya növbəti oyunlarda psixoloji cəhətdən necə təsir edəcək?
- Bilmirəm. Amma futbolda belə şeylər mümkündü. Toparlanmaq lazımdı. Növbəti oyunlara yaxşı kğöklənməyə çalışacağıq.
- İlk turlarda çempionluğa əsas namizədlərlə qarşılaşdız. Əvvəlcə başqa komandalarla oynamaq istərdizmi?
- Əlbəttə “Qarabağ” və “Qəbələ”yə qarşı oynamaq asan deyil. Ancaq bu görüşlərdə xal qazana bilərdik. İstərdik ki, digər rəqiblərlə oynayaq. Ancaq bunun müsbət tərəfi odu ki, I dövrədə artıq bu komandalarla üzləşməyəcəyik və şansımız daha çox olacaq.
- Sizcə, komandanız bu il 3-cü ola biləcək?
- Ehtiyat oyunçular skamyamız kasaddı. Əvvəl daha yaxşı oyunçularımız var idi. İndi onlaq komandadan gediblər. Dekabra qədər çox çətin olacaq. Transfer pəncərəsi açılana qədər əzab çətəcəyik. Bizə mütləq yeni oyunçular lazımdı.
- Belə maliyyə problemləriylə qışda istədiyiniz oyunçuları gətirə biləcəksiz?
- Bəli, ala biləcəyik. Vəziyyət yavaş-yavaş düzəlir.
- Əvəzetmələriniz oyunun axarına mənfi cəhətdən təsir etmədi ki?
- Belə düşünmürəm. Sadəcə olaraq “Qarabağ” çopx gözəl hücum qurdu və müdafiədə bioşluq verdik.
| Paylaş: