Dadaşovdan dubl, "Ayntraxt" qələbə qazandı
Paylaş:
Almaniya Gənclər Bundesliqasının Cənub zonasında II turun oyunları keçirilir.
Azərbaycan millisinin üzvü Renat Dadaşovun formasını geyindiyi “Ayntraxt”ın U-19 komandası “Auqsburq”la qarşılaşıb.
Görüş Frankfurt təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Renat oyunda dubl edərək komandasının qələbəsində böyük pay sahibi olub. O, qollardan birini penaltidən vurub.
Hazırda "Ayntraxt" 3 xalla 7-ci pillədə qərarlaşıb.
| Paylaş: