"Kəpəz" "Zirə" ilə oyuna hazırlaşır
Paylaş:
Topaz Premyer Liqasının II turunda “Zirə” ilə qarşılaşacaq “Kəpəz” dünəndən qarşıdakı matçın hazırlıqlarına start verib.
Bakı klubunu Yevlaxda qəbul edəcək “sarı-göylər” məşqlərə paytaxtda başlayıb. Komanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında məşq keçir.
“Kəpəz” oyundan öncəki son məşqinə matçın keçiriləcəyi Yevlax şəhər stadionunda çıxacaq. Hazırlıq prosesi saat 17:00-a təyin olunub.
| Paylaş: