')

Bu gün:


FutbolPress.Az | "Kopenhagen" üzərində böyük üstünlüyümüz var" - Şehiç

"Kopenhagen" üzərində böyük üstünlüyümüz var" - Şehiç


oxunma sayı: 473 Paylaş:

FutbolPress"Qarabağ"ın bosniyalı qapıçısı İbrahim Şehiç ölkəsinin mətbuatına açıqlama verib. O, Ağdam klubunun ÇL-in pley-off mərhələsinin ilk oyunları çərçivəsində Bakıda Danimarkla "Kopenhagen"inə (1:0) qalib gəldiyi matç barədə danışıb.

Şehiç deyib ki, hazırda rəqib üzərində böyük üstünlüyə malikdilər:

"Biz "Kopenhagen"ə qarşı evdə çox yaxşı oynadıq. Bilirdik ki, yalnız hücumlarla və müdafiədə etibarlı oyunla rəqibə çətin anlar yaşada bilərik. Bunun da öhdəsindən gəlməyi bacardıq. Artıq "Kopenhagen" üzərində ciddi üstünlüyə malikik. Amma rəqib evində əla çıxış edir. Bizi yaxşı ab-hava, stadion və yerli komandaya böyük dəstək olacaq azarkeşlər gözləyir".

Tıəcrübəli qolkiper qələbəyə görə Bakıda əla ab-hava olduğunu bildirib: "Komandamız hələ də avrokuboklarda mübarizəni davam etdirdiyindən, ölkənin bütün əhalisi sevinc içindədir. Çempionlar Liqasında "pley-off"a yüksəlməklə "Qarabağ" tarixi uğura imza atıb. Buna görə də Bakıda gözəl ab-hava var. Mən isə sadəcə irəli baxıram və komandamın uğuru üçün çalışıram".


oxunma sayı: 473 | Paylaş:




?>