')

Bu gün:


FutbolPress.Az | "Qalatasaray" Bakıya gəlir - "Qəbələ" ilə oyun üçün

"Qalatasaray" Bakıya gəlir - "Qəbələ" ilə oyun üçün


oxunma sayı: 657 Paylaş:

FutbolPressTürkiyənin "Qalatasaray" klubu Bakıya səfər edə bilər. İstanbul təmsilçisi sentyabrın 2-3-də paytaxtımızda "Qəbələ" ilə yoldaşlıq oyunu keçirməyi planlaşdırır.

Bu barədə "Sabah" qəzeti məlumat yayıb. Bildirilib ki, "cim-bom" yoldaşlıq görüşü ilə bağlı hazırda "Qəbələ" ilə danışıqlar aparır.

"Qalatasaray"ın belə bir matçın keçirilməsində istəkli olması səbəbsiz deyil. Qonşu ölkə klubu yeni futbolçusu Fequlini sınaqdan keçirmək üçün bu oyunu istəyir. Məsələ burasındadı ki, əlcəzairli oyunçu komandaya zədəli qoşulub və Super Liqada qarşıdakı iki turu buraxacaq. "Qəbələ"yə qarşı planlaşdırılan görüşdə məhz onun hansı durumda olduğu müəyyənləşdiriləcək.


oxunma sayı: 657 | Paylaş:




?>