')

Bu gün:


FutbolPress.Az | "Kopenhagen" Maksim Medvedevi UEFA-ya şikayət etdi

"Kopenhagen" Maksim Medvedevi UEFA-ya şikayət etdi


oxunma sayı: 478 Paylaş:

FutbolPress"Kopenhagen" Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində Bakıda "Qarabağ"la qarşılaşdığı görüşlə əlaqədar UEFA-ya şikayət edib.

Bu barədə Danimarka təmsilçisinin rəsmi saytı məlumat yayıb. Bildirilib ki, Ağdam klubunun kapitanı Maksim Medvedyev görüşün 20-ci dəqiqəsində top uğrunda mübarizə zamanı Pyer Benqtssonu qəsdən vurub.

Matçın baş hakimi isə həmin epizoda reaksiya verməyib. "Kopenhagen" iddia edir ki, həmin epizodda Medvedevə qırımızı vərəqə verilməli idi.

"Qarabağ" - "Kopenhagen" görüşü təmsilçimizin qələbəsiylə başa çatıb - 1:0. Cavab matçı avqustun 23-də keçiriləcək.


oxunma sayı: 478 | Paylaş:




?>