')

Bu gün:


FutbolPress.Az | "Keşlə"nin "İnter"esni bəyanatı (QEYD)

"Keşlə"nin "İnter"esni bəyanatı (QEYD)


oxunma sayı: 917 Paylaş:

FutbolPress"Keşlə"ləşmiş "İnter"in hələ keşlələşməyən inter.az - rəsmi saytında dünən məşəqqətli bəyanat yayılıb. Bəyanatda Rauf Əliyevin onlar(a)ı atıb, Albaniyanın "Kukesi" klubuna getməsinə aid bilmək olmur, nə demək istədikləri janrında söhbətlər gedir. Həqqi, bəyanatın niyə yazıldığı, nə ifadə elədiyinə aid heç nə bilmək olmur (maraqlıdısa, bu linkə klikləyin).

Deməli, Rauf üç ay idi ki, "İnter"dən maaş almırdı. Belədə o, bezib, komandadan getmək istədiyini demişdi. Başqa yerli klublar istəyirdi, ancaq namümkün olacaqdı. Çünki transfer qadağası olan "İnter" Raufu buraxmamaq üçün hüquqi-müquqi hər şeydən istifadə eləyəcəkdi. "Keşlə"nin, yəni "İnter"in Müşahidə Şurasının (xe xe) sədri Zaur Axundov ona həm məvacib verməmək, həm də komandada qalmaq kimi əndirabadi siyasət tətbiq edib.

Bəyanatı oxudunuzsa, aydın olan tək detal budur ki, məsələ AFFA-nın baş katibi Elxan Məmmədov səviyyəsinədək qalxıb, ya da enib. Orda Məmmədov millidə oynayan futbolçuların xaricə çıxışı üçün hüquqi yolların bla bla bla. Boş söhbətdir, blefdir. 

Deyib ki, "bildiyinizi edin".  Güvəniblər Rəmiş Malıyevin hüquqşünas məharətinə.

Rəmiş Malıyev AFFA-nın baş hüquqşünası idi. İndi klubun icraçı direktorudu və ondan başqa orda iş görə bilən yoxdur. Zaur Axundov da düşüb üstünə ki, bunu həll elə.

Necə həll eləsin? Rəmiş Malıyev meqa hüquqşünas da olsa, axı proses hüquq müstəvisinə yatmır. Hüququn buna heç bir əlacı mümkün deyil, hörmətli futzal federeyşn Zaur müəllim.

Burda Rəmiş bəyin də günahı var. Sən peşəkar hüquqşünas kimi deyə bilərsən ki, Zaur qardaş, zorla deyil ki,  bu işləri diktə eləmə, bunun həlli yolu sən gördüyün kimi deyil. 

Bu da olsun Malıyev kimi, hörmət edilən öz sahəsinin mütəxəssisisin ilk böyük yanlışı. Olmaz. İş bilməyənlərin  göstərişlərinin ardınca getmək qəti olmaz.

Üç ay maaşı verilməyən Raufun "Kukesi" ilə müqavilə bağlamasına heç nə mane ola bilmədi. Bəyanatdan bir aciz frazaya diqqət yetirək:

"....klub rəhbərliyilə danışıqlardan sonra R.Əliyev AFFA-nın baş katibi Elxan Məmmədov ilə görüşərək, Azərbaycandan kənarda oynamaq arzusunda olduğunu bildirmişdir. Azərbaycan milli komandasına cəlb olunan futbolçuların xarici klublarda oynamasını dəstəkləyən AFFA-nın baş katibi Elxan Məmmədov R.Əliyevlə bağlı İnter PİK-ə müraciət edərək, azərbaycanlı futbolçuların xaricdə oynamalarına dəstək verilməsini və bütün bunların hüquqi müstəvidə həll olunmasını tövsiyə etmişdir. Ancaq həmin görüşdən sonra R.Əliyev məşqlərə qatılmayaraq və klub rəhbərliyinə məlumat verməyərək Albaniyaya getmişdir. İnter PİK rəhbərliyi Azərbaycan milli komandasının hər bir üzvünün inkişafına təsir göstərəcək istənilən addımları dəstəkləyir və bundan sonra da dəstəyini əsirgəməyəcəkdir. Lakin R.Əliyev “İnter” FK-dan ayrılmasına görə kluba hər hansı bir təzminat ödəməkdən intina edərək, məsələni Kütləvi İnformasiya Vasitələri üzərindən həll etməyə çalışır ki, bu da xoşagələn hal deyil. İnter PİK-in rəhbərliyi bir daha bəyan edir ki, klub azərbaycanlı futbolçuların xarici komandalarda oynamalarını dəstəkləyir, ancaq istənilən halda bu məsələ sivil qaydalara uyğun olmalıdır. Ümid edirik ki, R.Əliyev də bu qaydalara uyğun addım atacaqdır".

Rauf Əliyev qaydalara uyğun addım... nə deməkdir bu? Klub azərbaycanlı futbolçuların xaricdə oynamasını necə dəstəkləyir, Rauf Əliyevi az qala infarkt vururdu. Maaşı vaxtında vermək lazımdır. Kiminsə borcu yoxdur ki,əməyini havayı, yaxud borca sərf etsin. Müqavilə bağlayanda da peşəkarlığa əməl edin ki, nəticədə hüquq müstəvisində çarəsiz qalıb, "Rauf düzgün eləmədi" kimi aciz ifadələr işlətməyəsiniz.

"FutbolPress"


oxunma sayı: 917 | Paylaş:




?>