Bu gün:


FutbolPress.Az | Əsgərov Latviyada növbəti qolunu vurdu

Əsgərov Latviyada növbəti qolunu vurdu


oxunma sayı: 117 Paylaş:

FutbolPressLatviya I Liqasında 15-ci turun oyunları keçirilib.

Azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi "Olayne" səfərdə "Tukums 2000" ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 3:0.

Start heyətdə meydana çıxan Vüqar 89-cu dəqiqədə əvəzlənib. Komandasının qollarından birinə də məhz futbolçumuz imza atıb. Belə ki, 68-ci dəqiqədə o, hesabı 2:0 edib. Bu, onun cari mövsümdə vurduğu 12-ci qol olub.

"Olayne" 15 turdan sonra 29 xalla 14 komanda arasında 3-cü pillədə qərarlaşıb.


oxunma sayı: 117 | Paylaş: