')

Bu gün:


FutbolPress.Az | "Keşlə"çilik 

"Keşlə"çilik 


oxunma sayı: 652 Paylaş:

FutbolPressBir neçə ay əvvəl Futzal Federasiyasının prezidenti Zaur Axundov səs-küylə “İnter”ə rəhbər təyin olunarkən klubun yaşayacağına, problemlərin aradan qalxacağına inam artmışdı. İlk vaxtlar yaradılan ab-hava da (getmək üzrə olan futbolçuların saxlanması və s.) bu fikri möhkəmləndirirdi. Ancaq sonradan məlum oldu ki, bir çox şey sadəcə görüntü imiş.

Son günlər “İnter” ətrafında neqativ fikirlər yenidən çoxalıb. Futbolçulara iyulun maaşları verilsə də, klubun digər işçiləri (baş məşqçi daxil) hələ də məvacib üzünə həsrətdi. Üstəlik komanda üzvlərinin narazılığı yenidən əvvəlki səviyyəyə yüksəlib. “Başlarına çarə qılmağ”ın vacibliyini görən bir çox oyunçu özünə yeni klub axtarmağa başlayıb. Rauf Əliyev Albaniya “Kukesi”si ilə razılaşıb, Pərdis Fərcad-Azadın gedişi gündəmdədi və s.

Klubdan edilən açıqlamalarda son anadək heç kimin komandanı tərk etməyəcəyi bildirilir. “İnter” rəsmiləri Raufun müqaviləsinin olduğunu deyirlər, futbolçu özü isə artıq Albaniyadadı.

Məlumata görə, bəzi oyunçularla müqavilə yenilənməsi ilə bağlı xəbərlər daha çox şifahi razılıq səviyyəsində olub: 1+1 sistemiylə müqaviləsi olan və ilk ili başa çatan oyunçuyla sadəcə razılıq əldə edilib, klub rəhbərliyi də yalnız buna arxayın olub və s. Rauf Əliyevin məsələsi də bu formadadı. İndi “İnter” “iki ayağını bir başmağa dirəyib” və oyunçunun ölkə xaricində oynamasına problem yaradır. Əgər doğrudan da klub hüquqi cəhətdən haqlı tərəf olsaydı, Raufun Albaniyaya gedişinə çətin ki, imkan verilərdi. Zaur Axundovun son açıqlamasında Əliyevin davranışını “insanlığa yaraşmayan” adlandırması da əslində hər şeyin şifahi olduğunu, kağız üzərində rəsmiləşmənin mövcud olmadığını göstərir.

İstənilən halda, futbolçu getmək istəyirsə, ona mane olmağın əhəmiyyəti yoxdu. Böyük ehtimalla, Əliyevin “Kukesi”yə keçidi yaxın zamanda rəsmiləşəcək. Bundan sonra isə Bakı klubu hücumda yalnız Pərdisin ümidinə qalacaq.

Zaur Svanadzenin təbiriylə desək, Allah eləməsin, Pərdisə bir şey olsun...


oxunma sayı: 652 | Paylaş:




?>