Bu gün:


FutbolPress.Az | "Yeni oyunçu almağa ehtiyac yoxdu" - Roman Qriqorçuk

"Yeni oyunçu almağa ehtiyac yoxdu" - Roman Qriqorçuk


oxunma sayı: 120 Paylaş:

FutbolPressTopaz Premyer Liqasının I turunda “Qəbələ” səfərdə “İnter”ə qalib gəldi – 2:1. Matçdan sonra keçirilən mətbuat konfransında “qırmızı-qaralaar”ın baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırdı.

Ukraynalı mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirdi:


- Birinci hissənin sonunda Monroz əsəbləşib topu qırağa vurdu. Onu çağırıb əvəzləmək istəsəz də, sonradan fikrinizdən yayındız...
- Sizə kim deyib ki, mən onu əvəzləmək istəyirdim? Belə bir şey yox idi.

- Oyun və nəticə gözlədiyiniz kimi oldu?
- Bilmirəm necə komanda gözləyim. Çünki heyət yenidi. Ona görə nə gözlədiyimi demək çətindi.

- Komandanın hazırkı vəziyyəti barədə nə deyə bilərsiz?
- İşləməli olduğumuz çox şeylər var. Qarşıdakı müddətdə bunları aradan qaldırmağa çalışacağıq. Fərdi baxımdan müəyyən problemlər, səhvlər gözümə dəydi.

- Sizcə, heyət tam komplektləşib?
- Əlbəttə. Düşünürəm ki, komandamız tam komplektləşib. Ona görə düşünmürəm ki, hər hansı yeni oyunçu cəlb olunsun. Avrokubokmlarda daha yaxşı çıxış etmək istəyirdik. Ancaq alınmadı. Bu baxımdan da yeni oyunçunun cəlb edilməsinə ehtiyac qalmayıb.

- Son 10 dəqiqədə “İnter” ardıcıl olaraq bir neçə qol epizodu yaratdı...
- 2:0 üstün olarkən təzyiqi daha da artırmalıydıq. Ancaq əksinə oldu və rəqib fərqi azaltdı. Bu da rəqibə üstünlük verdi və hücumları artdıq.

- Limitə görə 4 yeni transfer meydana çıxa bilmədi. Bunu nəzərə alıb növbəti oyunlarda rotasiyalar gözləmək olarmı?
- Çalışacağıq ki, bütün oyunçulardan istifadə edək. İstəyimiz də bununla bağlıdı.  Onların hamısı komandaya kömək etməsi xeyrimizə olar. Sevinirik ki, heyətdə zədəli yoxdu.


oxunma sayı: 120 | Paylaş: