')

Bu gün:


FutbolPress.Az | Çingizli axşamlar 

Çingizli axşamlar 


oxunma sayı: 858 Paylaş:

FutbolPress"Neftçi"  -  "Qarabağ" (1:3) oyunundan sonra Çingiz Abdullayevdən münasibət öyrənmək istəyən KİV-lərə belə deyib: "Klubun özprezidenti, vitse-prezidenti var, onlarla danışın".

Niyə?

Siz xalqın ziyalısı deyilsiniz?

Ziyalı belə məqamlarda danışmaqçün deyil?

OK, Müşahidə Şurasının sədri olanda guya nə danışırdınız? Dedikləriniz avantüra motivli spekulyasiyalardan başqa nə idi ki?

Adınız bəs eləməliydi ki, "Neftçi"dəki çatışmazlıqların həlli üçün çevik hərəkətə keçilsin. Ancaq sizin dövrünüzdə komanda tarixinin ən böyük məğlubiyyətinə düçar oldu, çempionatı sondan ikinci yerdə bitirdi - mövqeyiniz naməlum qaldı, baş məşqçilər corab kimi dəyişdirildi, ortaya qəti mövqe qoymadınız, xeyli çatışmazlıq aşkarlandı, siz isə bla bla bla...

İndi niyə acıqlısınız? MŞ sədri kimi verilən gah 10, gah da 20 min manat olduğu iddia edilən puldan məhrum olmağınıza görə?

MŞ mənasız sistemdir. Bunu zamanında niyə qəbul etmirdiniz? Niyə demirdiniz ki, hörmətli Elxan Məmmədov, hoqqa qayırma, MŞ klubları xilas eləyəcək addım deyil. Yox, siz məmnuniyyətlə dostlarınızın təklifini qəbul elədiniz.  Nah, "Neftçi" qəşəngcə xilas oldu...

***               ***               ***

Sizi "Neftçi"nin uğursuzluq zolağından çıxa bilməməsi narahat eləsəydi, iş başında olanda bununçün xeyli vaxtınız vardı. Ancaq sizin MŞ 3 ildə yalnız "danışan pantomimlər" rolunu oynadı.

Bəhram Bağırzadə keçmiş klub rəhbərliyinin bütün idman mediasına rüşvət verdiyini bəyanatına saldı. O ərəfələri, MŞ-dakıların davranışlarını xatırlayanda düşünürsən ki, bunlar prosesə nə qədər uzağıymışlar... 

MŞ klubun problemlərini aşkarlamaq, proseslərə təsir etmək gücündə olmadığını o qədər aydın nümayiş etdirdi ki, ləğvi daha çox fayda olardı, nəinki makulatura mahiyyətli davamı...

Xalq sizi ziyalı hesab edir. Elə göstərilmisiniz/təqdim edilmisiniz. Kütləyə sizin məhz futboldakı mövzcudluğunuzun tragikomediya olduğunu anlatmaq, inandırmaq həqiqətən "sizif əməyi olar", ancaq barı siz bunu bilin. Danışanadək...

Elçin Cəlilov


oxunma sayı: 858 | Paylaş:




?>