Bu gün:


FutbolPress.Az | "Qarabağ"ın Embalo israrı - qrup oyunları üçün

"Qarabağ"ın Embalo israrı - qrup oyunları üçün


oxunma sayı: 554 Paylaş:

FutbolPress"Qarabağ" "Palermo"nun futbolçusu Karlos Embalonu transfer etməkdə israrlıdı. Ağdam klubu yenidən bu oyunçu ilə təmsalara keçib.

İtaliyalı jurnalist Alfredo Pedullanın yaydığı informasiyaya görə, "süvarilər" 18 iyuldan sonra dünən yenidən futbolçuya təklif irəli sürüblər. Ən azı qışa qədər avrokuboklarda çıxış edəcəyi dəqiqləşən "Qarabağ" "Kopenhagen"lə pley-off oyunlarının nəticəsindən asılı olmayaraq, qvineya-bissaulu oyunçunu heyətə qatmaq istəyir.

22 yaşlı vingerin xidmətində "Qarabağ"dan başqa B Seriyası təmsilçiləri "Peskara" və "Breşia" da maraqlıdı.


oxunma sayı: 554 | Paylaş: