Bu gün:


FutbolPress.Az | Vaqif Heydərli: "Bilmirəm belə bir şeyi kim, hansı məqsədlə ortaya atıb"

Vaqif Heydərli: "Bilmirəm belə bir şeyi kim, hansı məqsədlə ortaya atıb"


oxunma sayı: 215 Paylaş:

FutbolPressDünən sosial şəbəkələrdə "Kəpəz"in  Julian Ebah və Tadas Simaitisə borclu qaldığını iddia edən paylaşım edilmişdi. Futbolçuları Gəncə klubuna gətirən Vaqif Heydərlinin də adı keçən materialda bildirilirdi ki, menecer onların zənginə cavab vermir.

"FutbolPress"ə açıqlamasında Vaqif bəy bildirdi ki, bu, cəfəngiyyatdı: "Ebah və Simaitislə hər gün danışıram. Dünən Julienin həyat yoldaşının ad günü idi, danışıb təbrik eləmişəm. Ondan əvvəl "Kəpəz"lə müqaviləsinin bitməsi ilə bağlı sənədlərlə əlaqəli zəng etmişdi. Simaitis Litva liqasında ilk oyununa çıxdı. Ona da zəng eləyib uğur arzulamışam. Tadasın müqaviləsinin bitməsi və digər sənədlərini də mən göndərmişəm. Telefonlara cavab verməməyimdən söhbət gedə bilməz. Bu futbolçularla tez-tez əlaqədə oluram. Bilmirəm belə bir şeyi kim, hansı məqsədlə ortaya atıb. Həmin o yazışmadakının həqiqətən də Ebah olması inandırıcı deyil. "Kəpəz"in nəinki onlara, heç bir legionerə borcu yoxdu".


oxunma sayı: 215 | Paylaş: