Bu gün:


FutbolPress.Az | "Barselona" üzünü Parisə çevirdi

"Barselona" üzünü Parisə çevirdi


oxunma sayı: 48 Paylaş:

FutbolPress"Barselona"nın yeni transfer hədəfi müəyyənləşib. Kataloniya klubu PSJ-nin futbolçusu Anhel Di Mariyaya "elçi düşüb".

Məlumatı "Marca" yayıb. Bildirilib ki, "Liverpul"dan Koutinyo və "Borussiya"dan Dembele transferlərində uğur qazana bilməyən klub rəhbərliyi boşluğu argentinalı futbolçu ilə doldurmağı qərara alıb. Yaxın zamanda rəsmi təklifin irəli sürüləcəyi iddia olunur.

2015-ci ildən PSJ-də oynayan Di Mariya 2010-14-cü illər aralığında "Barsa"nın əzəli rəqibi "Real"ın uğurları üçün tər töküb.


oxunma sayı: 48 | Paylaş: