Bu gün:


FutbolPress.Az | Mikayıl Nərimanoğlu: "Yalan danışırlar"

Mikayıl Nərimanoğlu: "Yalan danışırlar"


oxunma sayı: 162 Paylaş:

FutbolPressDünən sosial şəbəkələrdə "Kəpəz"in  Julian Ebah və Tadas Simaitisə borclu qaldığını iddia edən paylaşım edilmişdi. "FutbolPress" klubun Müşahidə Şurasının üzvü, eyni zamanda  AFFA Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğludan məsələyə münasibət öyrəndi:

"Kəpəz" in heç bir futbolçuya bir qəpik də borcu qalmayıb. Yalan danışırlar. Bilmirəm niyə belə eləyib. Aprel ayında, mövsüm bitəndə bütün futbolçuların maaşları son qəpiyinədək ödənib. Bizdə kart sistemidi və hər şey aktla da təsdiqlənib. Konkret adıçəkilən futbolçulara gəlincə, onlar gedəndə heç bir narazılıq olmayıb. Xoş niyyətlə ayrılıblar".


oxunma sayı: 162 | Paylaş: