Bu gün:


FutbolPress.Az | "Qəbələ" qələbə ilə başladı  (YENİLƏNİB)

"Qəbələ" qələbə ilə başladı (YENİLƏNİB)


oxunma sayı: 120 Paylaş:

FutbolPressTopaz Premyer Liqasında 2017/18 mövsümünün ilk turu davam edir. Bu gün daha bir oyun keçirilib.

"İnter" öz meydanında "Qəbələ"ni qəbul edib. Oyunun start fiti 20:00-da səslənib. "İnter Arena"da təşkil olunan qarşılaşmanı FİFA referisi Ömər Paşayev idarə edib.

Ötən mövsümün mükafatçılarının duelində sevinən "qırmızı-qaralar" olub. Roman Qriqorçukun komandası 2:1 hesabıyla üstün olaraq, mövsümə qələbə ilə başlayıb.

Çempionata avqustun 11-də "Neftçi" - "Qarabağ" matçı ilə start verilib. Görüş Ağdam klubunun qələbəsi ilə yekunlaşıb - 3:1.

Topaz Premyer Liqası, I tur
12 avqust (şənbə)

20:00. “İnter” – “Qəbələ” 1:2
Qollar:
Pərdis Fərcad-Azad, 71 - Elvin Məmmədov, 13, Filip Ozobiç, 24

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mehman Mahmudov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Asim Xudiyev
Bakı, “İnter Arena”

İnter: 1. Orxan Sadıqlı, 27. Adrian Skarlatake, 3. Denis Silva (k), 33. Tərlan Quliyev, 22. İlkin Qırtımov, 19. Mirhüseyn Seyidov, 20. Aqşin Quluzadə, 10. Elnur Abdullayev, 6. Samir Zərgərov, 7. Mirsahib Abbasov, 9. Pərdis Fərcad-Azad
Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 2. Sertan Taşkın, 4. Slavik Alxasov, 88. Məmməd Quliyev, 65. Cabir Əmirli, 77. Oleq Hüseynov, 66. Murad Qayalı, 99. Ricat Qarayev
Baş məşqçi: Zaur Svanadze

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 6. Elvin Məmmədov, 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov (k), 15. Vitali Vernidub, 18. İlqar Qurbanov, 19. Filip Ozobiç, 21. Deyv Bultuis, 28. Stiven Jozef-Monroz
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 9. Baqali Dabo, 12. Endi Hallidey, 16. Dion Omar Malone, 17. Roman Hüseynov, 34. Urfan Abbasov, 45. Famussa Kone, 77. Fərid Nəbiyev, 88. Tellur Mütəllimov
Baş məşqçi: Roman Qriqorçuk


oxunma sayı: 120 | Paylaş: