Bu gün:


FutbolPress.Az | İranlı qapıçı maxinasiyası 

İranlı qapıçı maxinasiyası 


oxunma sayı: 354 Paylaş:

FutbolPressÖlkənin futbol gündəmində mövzular anidən açılır, müzakirəsiz, ajiotajsız da qapanır. Əksərən, bunu medianın müstəqil olmamasına, təsirlərin hədsiz olmasına bağlamaq olar. Ancaq maxinasiyaya meyllli futbol məmurlarının sərbəst qol-qanad açmasına şərait yaratmaq olmaz. Az da olsa, gündəmi aktiv saxlayan, ictimaiyyəti anormallıqlardan xəbərdar tutan KİV-lər var.

Mövzu ətrafında "nümunələrdən" biri də buyaxınlarda "Səbail"in iranlı qapıçı məsələsidi. Bilmək olmur, buna transfer deyək, yoxsa nə...

Komandaya 3-cü qapıçı kimi götürülən Əmirhüseyn Nəcəfinin gəlişi nələrdən xəbər verir; nəzəri nəzər yetirək:

İranda əsgərlik məsələlərinə görə idmançıların xaricə "legioner axını" dəbdədi. Bu səbəbdən "ortabab ucuz məhsul" əldə eləməyə meyilli klublar bu cür təkliflərə müsbət yanaşır. Məsələn, xüsusən, son illər ikinci, üçüncü dərəcəli  Avropa ölkələrində müxtəlif növ idman sahələrinə aid minlərlə iranlı idmançı "idxal olunub". Bu gümana əsasən, düşünə bilərik ki, Nəcəfi də "Səbail"ə bu versiyada qədəm qoyub.

Məsələ əsgərlikdirsə, belədə idmançının transferi çox sərfəli olur. Hətta bəzən özü müvafiq kluba pul ödəyir ki, heyətə götürülsün.

Belədə maraqlı sual çıxır ortaya: görəsən, "Səbail" Nəcəfinin transferinin sənədlərdə neçəyə başa gəldiyini qeyd edəcək?

***           ***           ***

Anormallıqlardan biri də iranlının gəlişindən xəbəri olsa da, gah adının, gah soyadının əksər klub rəsmilərinin, məşqçilər korpusunun bilməməsiydi.

Ümumiyyətlə isə iranlı futbolçuların digər TPL klublarına da sıx təklif olunduğunu bilirik. Hətta ötən mövsüm I Dviizionda ağayilərin cəlbi dəbdə idi. Səbəbləriysə yuxarıda qeyd etmişik. Adına istənilən məbləğ yazıb, "silmək" olur. 

Ən əsası, "Səbail"ə belə hallar yaraşmır. Ötən mövsüm klub mətbuat konfransı keçirib, dönə-dönə bildirirdi ki, biz milli komandalarçün futbolçu yetişdirəcəyik, əsas yolumuz budur. Ancaq TPL-ə gələndən sonra toplanan heyət, gətirilən əcnəbilər, ümumiyyətlə, klubun davranışına baxanda görünür ki, dedikləri yalan imiş.

Nəcəfi U-21 yığmasına cəlb olunmaqçün gətirilib və onu hansısa kluba "sırımağa" ehtiyac qalmayıb, ən yaxın məntəqə - "Səbail" obyekt rolunu oynayıb. Davamına baxaq...


oxunma sayı: 354 | Paylaş: