')

Bu gün:


FutbolPress.Az | Nəriman Abbasovun 20-ci sınağı

Nəriman Abbasovun 20-ci sınağı


oxunma sayı: 215 Paylaş:

FutbolPressAzərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Nəriman Abbasov bu gün növbəti sınağına çıxacaq.

İdmançımız MMA üzrə “Fight Night Global 71” turniri çərçivəsində qüvvəsini sınayacaq. Abbasov Rusiya paytaxtı Moskvada keçirilən turnirdə Dmitri Qorobetslə üz-üzə gələcək.

Yüngül çəki dərəcəsində (70,3 kq) mübarizə aparan təmsilçimiz Rusiyanın Xabarovsk şəhərindən olan rəqibi ilə müqayisədə daha təcrübəlidir. 20-ci döyüşünə çıxacaq Nərimanın hesabında 16 qələbə və 3 məğlubiyyət var. Hesabında 2 qələbə olan Qorobets isə yalnız 3-cü döyüşünə çıxacaq.


oxunma sayı: 215 | Paylaş:




?>