')

Bu gün:


FutbolPress.Az | "Mənimlə məzələnmək fikrindəsizsə, eyni xətti tutmağa hazıram" - Qriqorçuk

"Mənimlə məzələnmək fikrindəsizsə, eyni xətti tutmağa hazıram" - Qriqorçuk


oxunma sayı: 714 Paylaş:

FutbolPressAvropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Panatinaikos" səfərdə 1:0 hesabı ilə məğlub olan "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk oyunsonrasə mətbuat konfransında iştirak edib:

- 0:1 uduzduğunuza görə özünüzü xoşbəxt sayırsınız?
- Məğlub olduqda xoşbəxtlikdən söhbət gedə bilməz. Rəqib layiqli qələbə qazandı. Belə başa düşürəm ki, fərqin daha böyük olmalı olduğuna eyham vurursunuz. Futbolda bu cür hallar olur. Burda mənimlə məzələnmək fikrindəsinizsə, eyni xətti tutmağa mən də hazıram.

- Təhlil etdiyiniz “Panatinaikos”la meydanda gördüyünüz arasında fərq nədən ibarət idi?
- 100 faizlə gözlədyimiz mənzərəni aldıq. Taktiki və strateji gedişlərin hamısı gözlənilən idi. Bəli, rəqib komandanın çalışdırıcısı müəyyən detallarda dəyişiklik etmişdi. Ancaq deyim ki, nəyəsə təəccübləndik? Xeyr, belə bir şey olmadı.

- Yaman əsəbi davranırdınız...
- Bunun səbəbi sadədi. Komanda istədiyimiz və bacardığımız kimi oynamırdı. Bu da məni özümdən çıxarırdı. Bacardığımız üslubda oyunu bir kənara qoyub, fərqli bir metod tətbiq etdik. Bu, mənim üçün çox təəccüblü oldu.

- Belə oyundan sonra cavab qarşılaşmasında nəyə ümid edirsiniz?
- Etiraf edirəm ki, rəqibin nəzərəçarpacaq üstünlüyü var idi. Buna baxmayaraq, indikindən daha düzgün futbol oynayıb, vəziyyəti düzəldə bilərik.

- Bu gün “Qəbələ” oyunu əks-hücumlardan qurmuşdu. Bakıda da eyni dəst-xəttə sadiq qalacaqsınız?
- Bu gün də əks-hücumdan oynamaq niyyətində deyildik. Bu, öz günahımızdı. Bir daha etiraf edirəm ki, rəqib yaxşı, savadlı, təşkilatlanmış oynayırdı. Lakin bu, bizə istədiyimiz futbolu nümayiş etdirməyə əngəl ola bilməzdi. Komandamı məhz sərgilədiyi oyun üslubuna görə tanıya bilmirdim.

- Faiz etibarı ilə komandanızın mərhələ adlamaq şansları barədə nə düşünürsünüz?
- Faizlə cavab verə bilmərəm. Amma hesab edirəm ki, şansımız var, özü də az deyil. Biz evdə başqa cür oynaya bilərik və bunu edəcəyik də.

- Cavab oyununda start heyətiniz dəyişməz qalacaq?
- Pyun gününə ən yaxşı hazır olan futbolçulara güvənirik. Qarşıda 6 gün var və münəccimlik edə bilmərəm. Ancaq Azərbaycanda başqa cür oynayacağıq. Bugünkü futbolumuz istisna təşkil edirdi. Buna əminəm ki, fərqli üslubda oynayacağıq.


oxunma sayı: 714 | Paylaş:




?>