')

Bu gün:


FutbolPress.Az | "Bunu nə müsbət, nə də mənfi məqam sayıram" - Roman Qriqorçuk

"Bunu nə müsbət, nə də mənfi məqam sayıram" - Roman Qriqorçuk


oxunma sayı: 267 Paylaş:

FutbolPressUEFA Avropa Liqasının III təsnifat mərhələsinin sabah baş tutacaq “Panatinaikos” – “Qəbələ” oyunu öncəsi “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.

Ukraynalı mütəxəssis sabahkı oyunun necə alınacağının özünə də maraqlı olduğunu deyib:

“Panatinaikos”la iki il əvvəlki qarşılaşmalarımız həmin dövr üçün müsbət hadisə idi. Bu gün isə bütün bunun heç bir əhəmiyyəti yoxdur. Sabah heyətini yeniləmiş iki komanda oynayacaq. İki il əvvəlki ilə müqayisədə bizim komanda çox dəyişib. Rəqib haqda çox şey bilirik. Lakin sabahkı matç barədə nəyisə ehtimal edə bilmərik. Özümə də sabahkı oyunun necə alınacağı maraqlıdır."

Qriqorçuk söyləyib ki, "Panatinaikos"u kifayət qədər tanıyır: “Panatinaikos”u kifayət qədər yaxşı tanıyırıq. Rəqib haqda çox məlumatımız var. Bilirik ki, bu komandanın heyəti çox dəyişib. İki il əvvəlki qarşılaşmalardan yalnız bir neçə oyunçu qalıb. Biz ayrı-ayrı futbolçular, hətta kluba yeni qoşulanlar haqda da məlumat toplamışıq".

Baş məşqçi püşkün nəticəsinin və ilk matçın evdə, yoxsa səfərdə olmasının əhəmiyyət daşımadığını bildirib: "Daim püşkü normal qarşılayıram. Başa düşürük ki, Avropa miqyasında adi bir komandayıq. Bu üzdən bizim üçün də istənilən komanda ciddi rəqibdir. “Panatinaikos” böyük ada malik komandadır, brenddir. Sevinirik ki, belə komanda ilə qarşılaşacağıq. Bu görüşlər bizim üçün müəyyən hadisədir. İlk matçın harada keçirilməsini nə müsbət, nə də mənfi məqam sayıram. Prinsipcə bunun əhəmiyyəti də yoxdur”.



oxunma sayı: 267 | Paylaş:





?>