')

Bu gün:


FutbolPress.Az | Roberto Bordin: "Sabah bizi qolsuz heç-heçə də qane edəcək"

Roberto Bordin: "Sabah bizi qolsuz heç-heçə də qane edəcək"


oxunma sayı: 710 Paylaş:

FutbolPressSabah Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ”la qarşılaşacaq Moldovanın “Şerif” klubunun baş məşqçisi Roberto Bordin bu gün keçirilən oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə matç barədə fikirlərini bildirdi:

"Bizi çətin oyun gözləyir. “Qarabağ”ın güclü rəqib olduğunu bilirik. Düşünürəm ki, maraqlı oyun olacaq".

- “Qarabağ”ı cütün favoriti hesab etmək olar?
- “Qarabağ”ın üstünlüyü ondan ibarətdi ki, ilk oyunu evdə oynayır. Burda bizi 0:0 hesabı qane edir. Fikrimcə, həlledici oyun Tiraspolda baş tutacaq.

- Rəqibin əsasən hansı mövqeyini daha təhlükəli hesab edirsiz?
- Hər şeydən əvvəl “Qarabağ” güclü komandadı. Topla oynamağı yaxşı bacarır. Tək-tək oyunçuları fərqləndirmək istəmirəm. Hücum xətti sürətli oyunuyla seçilir.

- “Qarabağ”a hansısa sürpriz hazırlamısızmı?
- Sürprizlər deyilmir. Bunu sabah meydanda görəcəksiz.

- Bakıya gələn komandalar əsasən, havanın isti olmasından şikayətlənir...
- Biz Tiraspolda da bu cür havada oynayırıq. Hava isti olsa, bu, hər iki komanda üçün problem olacaq. Ancaq bildiyim qədər ilə sabah küləkli olacağı gözlənilir.

- Komanda son çempionat oyununda xal itirdi. Bu, psixoloji cəhətdən necə təsir edir?
- Həmin oyunda son dəqiqlərdə qol buraxdıq. Ancaq bu, komandaya hansısa çətinlik yaratmır.

- Heyətlə bağlı problemləriniz varmı?
- Yox, komandada heç bir itki yoxdu.

- Sizdə artıq çempionatda bir neçə tur geridə qalıb. Bu, komandaya çətinlik yaratmayacaq ki?
- Biz artıq buna öyrəşmişik. Demək olar, həftədə iki dəfə oyun keçiririk. Buna görə, bunun çətinlik yaradacağını düşünmürəm.


oxunma sayı: 710 | Paylaş:




?>