')

Bu gün:


FutbolPress.Az | "Şerifə qarşı bir neçə variant hazırlamışıq" - Qurban Qurbanov

"Şerifə qarşı bir neçə variant hazırlamışıq" - Qurban Qurbanov


oxunma sayı: 424 Paylaş:

FutbolPress“Qarabağ” sabah Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Moldova “Şerif”ini qəbul edəcək. Bu gün keçirilən oyunöncəsi mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Təcrübəli mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirdi:

“Çox vacib oyuna çıxırıq. Bu mərhələ bizim üçün həddən artıq əhəmiyyətlidi. Ciddi hazırlaşmışıq. Vaxtımız az olsa da, çalışdıq ki, komandanı tam hazır vəziyyətə gətirək. “Şerif” böyük təcrübəyə malikdi. Çoxlu transfer ediblər. Baş məşqçiləri italyandı,ilk növbədə rəqibə imkan verməməyə çalışırlar. Meydanda bir-birlərini tamamlayan futbolçuları var. Düşünülmüş hücumları gözə dəyir və daim onları təkrarlamağa çalışırlar. Bunun qarşısını almalıyıq. Meydanda ən düzünü, doğrusunu etməyə çalışacağıq. Nə qədər alınacağını sabah görəcəyik”.

- Rəşad Sadıqovun meydana çıxmayacağı dəqiqdi. Kintana oynayacaqmı? Ümumiyyətlə, heyət baxımından vəziyyət necədi?
- Onların heç biri oynamayacaq. Hər ikisi komanda ilə məşq edir. Amma tam hazır deyillər.  Heyətdə başqa ciddi bir problemimiz yoxdu. Elşən Abdullayev də zədəli idi, sıraya qayıdıb. Abbas Hüseynov da düzəlib. Qalan bütün oyunçular qaydasındadı.

- Əksəriyyət “Qarabağ”ın mərhələni asanlıqla keçəcəyini düşünür...
- Bu, onların bizə olan inamını göstərirlər. Belə düşüncələr hər il təkrarlanır. Biz həmişə rəqibdən ehtiyatlanmışıq. Çünki daim futbolun içindəyik, komandaları daha yaxından tanıyırıq. Həmişə özümüzü rəqibin yerinə qoyuruq. Biz onları nə qədər analiz ediriksə, onlar da bizimlə maraqlanırlar. "Şerif" də öz ölkəsinin çempiopnudu. Hər turnirin özünəməxsus xarakteristikası olur. III mərhələ çox önəmlidi. Çünki qalib gəldikdəın sonra ən azı Avropa Liqasının qrupunu rəsmiləşdirirsən. Həddən artıq ciddi olmalıyıq ki, belə fikirlər bizə mane olmasın. “Şerif”in heyətində 7 yeni oyunçu var. Hamısı təcrübəli və bacarıqlıdılar. Asan rəqib deyil ki, deyək rahat keçərik. Zəif komanda olsa belə, biz həmişə ehtiyatlanırıq. Rəqibin çatışmazlıqlarından xəbərimiz var. Bilirik ki, ağır oyunlarımızdan ən başlıcası olacaq.

- Bir çox azarkeşlər ÇL-in qruplarını gözləyirlər. Bu, komandaya psixoloji olaraq necə təsir edir?
- Bunun müsbət və mənfi tərəfləri var. Amma futbol elə bir oyundu ki, qarşıdakı matçı düşünməlisən. İndi biz ÇL qrupunu fikirləşsək, yanlış addım atarıq. Çünki bu, futbolçuları həddən artıq sıxmış olar. Bizim üçün vacib olan sabahkı oyun, sabahkı rəqibdi. Əgər bu mərhələni keçsək, ondan sonra qrup mərhələsi barədə düşünmək olar. Bütün komandalar bu yarışlara çox ciddi hazırlaşırlar. Hamı maksimum gücünü meydanda qoymağa çalışır. Həmişə fikirləşirik ki, meydanda nə etdiyimizi tam olaraq bilək. Hələlik 90 dəqiqə bunu etmək səviyyəsinə çatmamışıq.

- “Şerif” ötən mərhələni çətin keçdi. Son çempionat oyununda da xal itirdilər. Bu, “Qarabağ”ın lehinə ola bilərmi?
- 3-cü çempionat oyununu oynadılar. Bu mərhələ çox da futbolçunu yormur. Ona görə də heç-heçənin necə təsir edəcəyini demək çətindi. Bu vaxtlarda komandanın bir yerdə çox oynaması vacibdi. Daha çox bir-birlərinə öyrəşirlər. Dünənki oyunda əsas heyətin bir neçə oyunçusu meydana çıxmamışdı. Görünür, baş məşqçi kimdən narahatdısa, oynatmamışdı. Həm də bunlar fəqli turnirlərdi. Məğlubiyyətlər komandaların xeyrinə ola bilir və ya əksinə. İnanmıram ki, bunun böyük təsiri olsun.

- "Şerif"i əvvəlki illərdə qarşılaşdığınız rəqiblərinizlə müqayisə etsəz...
- Komandaları bir-birilə müqayisə etməyi xoşlamıram. Amma belə deyək ki, “Zalsburq”la həddən artıq çətin olmuşdu. “Viktoriya” ilə oyunda çoxlu qol vəziyyətlərindən yararlanmamışdıq. Həmin matç rəqibdən zəif deyildik. Sonda bir qol vəziyyəti yaradıb, istifadə etdilər - heç ona qol vəziyyəti də demək olmazdı. Hər komandanın öz özəlliyi var. "Şerif"in 3-4 oyuna baxırıq ki, matçın gedişində 3 dəfə sistemi dəyişirlər. Onlara qarşı hansı üslubda oynayacağımızı sabah görüşün gedişi zamanı dəqiqləşdirəcəyik. Ona görə də bir neçə variant hazırlamışıq. Bunların hər birinə hazır olmalıyıq.

- Heyəti müəyyənləşdirmisizmi? İlk dəqiqələrdən qapıda kim olacaq?
- Baş məşqçinin heyəti həmişə düşüncəsində hazır olur. Ancaq oyundan əvvəl bunu açıqlamaq istəmirəm. Təxmini bilirəm. Sabah dəqiq qərarı verəcəyik.

-  Sabahkı oyunun Ağdamın işğalı günlərinə düşməsi buna xüsusi yanaşmağınıza səbəb ola bilərmi?
- Ağdamın işğalı konkret bir günlə əlaqələndirmək olmaz. Sırf bu oyunu işğal üçün düşünürük deyə bir şey də yoxdu. Bizim bir düşüncəmiz var ki, komandanı qoruyub saxlayaq. Nə qədər qaçqınlarımız uğurlarımıza baxıb sevinirlər. Bu ad bizə əlavə məsuliyyət verir. Daim istəyirik ki, nəticələrimizi yüksəldək. Bütün futbolçuların da işğal olunmuş bölgələrlə bağlı məlumatı var. Hamı bilir ki, hansı komandadadı və onlardan nə tələb olunur.

- Tahir Gözəl açıqlama vermişdi ki, hazırkı heyət “Şerif”lə oyunlar üçün yetərlidi. Mərhələni keçsəz, yeni transferlər olacaqmı?
- Transferlər mərhələ keçib-keçməməyimizlə əlaqəli deyil. Elə olur ki, oyuna 2-3 gün qalmış razılaşdırırıq. Bu gün də bəzi oyunçularla danışıq gedir. Mərhələni keçsək də, keçməsək də transferlər ola bilər. Bir oyuna görə komanda qurmuruq. Hər il 4-5 futbolçunun gəlməsini, getməsini istəmirəm. Konkret sistemimiz var və bunu qoruyub saxlamağa çalışırıq. Ona görə də transferlərimiz gecikə bilir. Ola bilər, hansındasa səhv edirik, ancaq çalışırıq ki, sistemimizə uyğun olanları gətirək.

- Hansı mövqelərə oyunçu istəyirsiz? Mahir Mədətovun hücum xəttindəki çıxışı qənaətbəxşdimi?
- Hücum xəttinə oyunçu axtarırıq. Ancaq bunu başqalarının şəxsi fikirlərinə görə etmirik. Mahirin son oyunlardakı performansı məndə müsbət fikir yaradıb. Son vaxtlar həm fiziki, həm digər məsələlərdə məni qane edir. Yeni oyunçuları ona görə axtarmırıq ki, kimdənsə narazıyıq. Sadəcə çoxlu futbolçunun olması variantları artırır.

- Yeni transferlərin gəlməsiylə bağlı çətinlikləriniz aydındı. Burda maliyyə məsələləri nə qədər rol oynayır?
- Bizdə heyət çox da dəyişilməyib. Əsas oyunçuların çoxu qalıblar. Birdən-birə 10 futbolçu lazım olsaydı, indiyə qədər almışdıq bəlkə. Bütün klublar transfer etməkdə çətinlik çəkir. Əgər sırf maliyyə ilə bağlı olsa, kiçik fərqləri nəzərdə alımırıq. Futbolçuya görə kluba pul ödəyən ilk klub “Qarabağ” olub: həm daxildə, həm də legioner transferləri zamanı. Hər klub özünə lazım olan sayda oyunçu gətirir.

- Rəşad Sadıqov qayıdandan sonra Jezniçakla onun arasında seçim etmək çətin olmayacaq ki?
- Əsas odu hamı sağlam olsun, o sonranın işidi.

- Almeydanın “Jil Visente”dəki komanda yoldaşı deyib ki, “Qarabağ”da 550 min avroya oynayır...
- Klub tərəfindən heç bir oyunçunun məvacibi açıqlanmır. Ancaq bu məbləğ məsələsindən xəbərim yox idi. Əsas odu ki, həm oyunçu, həm də biz razı qalırıq.


oxunma sayı: 424 | Paylaş:




?>