')

Bu gün:


FutbolPress.Az | "Panatinaikos": kapitan qayıtdı, iki zədəli var

"Panatinaikos": kapitan qayıtdı, iki zədəli var


oxunma sayı: 102 Paylaş:

FutbolPress“Qəbələ”nin UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi “Panatinaikos” iyulun 27-də keçiriləcək ilk oyuna tam heyətlə hazırlaşa bilmir.

Afina klubu 2 futbolçunun xidmətindən məhrumdu. Bunlar argentinalı yarımmüdafiəçi Lukas Vilyafanes və yenicə əməliyyat edilən Yunanıstan millisinin müdafiəçisi Giorgos Kutrubisdir. Hər iki futbolçu fərdi məşqlərlə kifayətlənir.

Komandanın kapitanı Zeka isə artıq sağalıb. Onun “Qəbələ” ilə görüşdə məşqçilər korpusunun ixtiyarında olacağı gözlənilir.


oxunma sayı: 102 | Paylaş:




?>