')

Bu gün:


FutbolPress.Az | Maşallah Əhmədovun cəzası azaldıldı: 8 ildən 2 ilə

Maşallah Əhmədovun cəzası azaldıldı: 8 ildən 2 ilə


oxunma sayı: 116 Paylaş:

FutbolPressBu gün Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

Əhmədovun barəsində çıxarılmış birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Onun cəzası 8 ildən 2 ilə endirilib.

Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin Əhmədov sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb. (Report")


oxunma sayı: 116 | Paylaş:




?>