')

Bu gün:


FutbolPress.Az | Baş məşqçi milli üzvü haqda: "Ən güclü oyunçularımızdandı"

Baş məşqçi milli üzvü haqda: "Ən güclü oyunçularımızdandı"


oxunma sayı: 104 Paylaş:

FutbolPressTürkiyənin "Bursaspor" klubunun baş məşqçisi Pol Le Quen yay-hazırlığı barədə açıqlama verib. O, yerli mətbuata açıqlamasında Azərbaycan millisinin üzvü Dəniz Yılmaz bardə də danışıb.

Fransalı mütəxəssis deyib ki, təcrübəli hücumçu hazırda yaxşı vəziyyətdədi və komandanın ən güclü futbolçularından biridi:

"Dəniz indi çox istəklidi. Onun bu vəziyyətdə olması məni sevindirir. Dənizin yenidən əsas heyətə qayıtmasının komandaya xeyri olacaq. Uğurlu nəticələr qazanmaq üçün güclü futbolçulara ehtiyacımız var. Dəniz də bizim ən güclü oyunçularımızdan biridir".

Yılmaz keçən mövsümün gedişində klub rəhbərliyi ilə münaqişə yaşadığına görə əsas komandadan uzaqlaşdırılmışdı. Yeni baş məşqçi Pol Le Quen bir müddət öncə millinin oyunçusu ilə görüşərək onu bağışlayıb.


oxunma sayı: 104 | Paylaş:




?>