')

Bu gün:


FutbolPress.Az | Əvvəl Qurbanov, sonra Bordin

Əvvəl Qurbanov, sonra Bordin


oxunma sayı: 168 Paylaş:

FutbolPressÇempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "Şerif" (Moldova) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub. İyulun 24-də "Azərsun Arena"nın mətbuat zalında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov saat 18:15-də media mənsublarının önünə çıxacaq.

Komandanın son məşqi isə saat 18:45-də Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

"Şerif"in baş məşqçisi Roberto Bordin saat 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Moldova təmsilçisinin son məşqi isə saat 20:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

QEYD: Klub tərəfindən ayrılmış avtobus media mənsublarını "Azərsun Arena"dan Tofiq Bəhramov adına Respublika stadionuna aparacaqdır.


oxunma sayı: 168 | Paylaş:




?>