')

Bu gün:


FutbolPress.Az | "Şerif"i keçmək qıraqdan göründüyü qədər asan deyil" - Dani Kintana

"Şerif"i keçmək qıraqdan göründüyü qədər asan deyil" - Dani Kintana


oxunma sayı: 589 Paylaş:

FutbolPress"Qarabağ"ın ilk fan-şopunun açılışı olub. Mərasimin iştirakçısı Dani Kintana tədbirdən sonra jurnalistlərin suallarını cavablandırıb:

- Uzun müddət zədəli oldunuz. İndi vəziyyət necədi?
 - Komanda ilə məşqlərə başlamışam. 2-3 həftəyə tam hazır olacağımı düşünürəm. Təbii ki, baş məşqçimiz Qurban Qurbanovun da qərarından çox şey asılı olacaq.

- “Şerif”lə cavab matçında sizi meydanda görə biləcəyik?
- İlk oyunda oynamaycağım dəqiqdi. Cavab oyununda ola bilsin ki, meydana çıxım. Amma bu da çox da inandırıcı görünmür. Çünki məşqlərə təzə başlamışam.

- Özünüzü necə hiss edirsiniz?
- Hər şey yaxşıdır. Özümü yaxşı hiss edirəm. 6 ay idi ki, futbolsuz idim. Ancaq artıq həkimlər oynamağıma icazə veriblər. Hər hansı problem qalmayıb.

- “Şerif”lə oyunlar barədə nə düşünürsüz?
- “Şerif”in oyunlarını izləyirik. Rəqibimiz gücülüdür. Bununla belə keçmək şansımız var. Ancaq qıraqdan göründüyü kimi asan deyil.


oxunma sayı: 589 | Paylaş:




?>