')

Bu gün:


FutbolPress.Az | "Qarabağ"ın fan-şopu açıldı - FOTOLAR

"Qarabağ"ın fan-şopu açıldı - FOTOLAR


oxunma sayı: 296 Paylaş:

FutbolPress“Qarabağ”ın fan-şopunun rəsmi açılışı olub. Mağazanın açılışında klubun vitse-prezidenti Tahir Gözəl, icraçı direktor Əmrah Çəlikəl iştirak edib. Komanda üzvlərindən isə Rəşad Sadıqovla Dani Kintanın tədbirə qatılıb.

Açılışla bağlı Tahir Gözəl nitq söyləyib. O bildirib ki, açılışın Ağdamın işğalının 24 illiyinə salınması təsadüfi deyil:

"Bir az əvvəl Şəhidlər xiyabanındaydıq. Ağdamın işğal günündə onları yad edib buraya gəldik. Xatırlayırsınızsa, bir neçə il öncə 23 iyul tarixində Norveçin "Rusenburq" komandasını məğlub edib, kədərimizi sevincə çevirmişdik. Bu gün də eyni şeyi etmək istəyirik. Buradakı hər şeyi normal qiymətə ala biləcəksiniz. Çox sevinirəm. Azərbaycana, "Qarabağ"a eşq olsun".

Daha sonra oğlu və Əmrah Çəlikəllə birlikdə qırmızı lenti kəsən vitse-prezident mağazadan ilk alış-verişi də özü edib. Onlardan sonra futbolçular da müəyyən aksesuarlar alıblar.

Fan-şop “Park Bulvar AVM”in 2-ci mərtəbəsində yerləşir.





oxunma sayı: 296 | Paylaş:




?>