')

Bu gün:


FutbolPress.Az | Ukrayna millisinin üzvü "Qarabağ"da?

Ukrayna millisinin üzvü "Qarabağ"da?


oxunma sayı: 1212 Paylaş:

FutbolPress"Darmştadt"dan ayrılan ukraynalı futbolçu Artyom Fedetski karyrasını Azərbaycanda davam etdirə bilər. Sabiq "Dnepr"linin "Qarabağ"a keçmək ehtimalı var.

Məlumatı Ukraynanın "Futbol 1" telekanalının Jurnalisti İqor Burbas yayıb. O bildirib ki, 32 yaşlı müdafiəçinin karyerasını davam etdirməsi üçün 3 variant var:

"Fedetski qonşu Polşada, Azərbaycan çempionu "Qarabağ"da oynaya bilər. Ən sərfəli variant isə Türkiyədi".

Mövsümün sonunda "Darmştadt"la müqaviləsi başa çatan Fedetski yeni sözləşmə imzalamayıb. O, açıqlamasında deyib ki, Ukraynaya qayıtmaq istəmir və karyerasını yenidən ölkə xaricində davam etdirəcək.

Fedetski azərbaycanlı azarkeşlərə tanışdı. Sağ cinah müdafiəçisi 2014/15 mövsümündə Avropa Liqasının qrup mərhələsində "Dnepr"in heyətində "Qarabağ"a qarşı oynayıb. Həmin mövsüm Ukrayna təmsilçisi finala qədər irəliləyib.

Artyom karyerası ərzində "Arsenal" (Kiyev), "Karpatı", "Şaxtyor", "Dnepr", "Darmştadt"da çıxış edib. 2010-cü ildən Ukrayna yığmasına cəlb edilən futbolçu 54 oyunda 2 qol vurmağı bacarıb.


oxunma sayı: 1212 | Paylaş:




?>