"Yuventus"dan 40 milyonluq transfer
Paylaş:
"Yuventus" növbəti transferini həyata keçirib. Turin klubu "Fiorentina"nın futbolçusu Federiko Bernardeskini heyətinə qatıb.
Artıq klublar bütün məsələlərdə razılıq əldə ediblər. Bu keçid "Yuve"yə 40 milyon avroya başa gələcək.
Bernardeski yaxın günlərdə "Yuventus"la 5 illik müqavilə imzalayacaq. O, Turində ilində 4 milyon qazanacaq.
| Paylaş: