')

Bu gün:


FutbolPress.Az | "Klaviatura azarkeşləri" "Şerif"i boğaza yığdı

"Klaviatura azarkeşləri" "Şerif"i boğaza yığdı


oxunma sayı: 391 Paylaş:

FutbolPress"Qarabağ"ın ÇL-in III təsnifat mərhələsindəki rəqibinin "Şerif" olacağı müəyyənləşdikdən sonra feysbukda bir qrup azərbaycanlı azarkeş Moldova klubunun rəsmi səhifəsinə hücum çəkib.
Onlar çoxsaylı təhqiramiz rəylərlə səhifənin idarəçilərini bezdiriblər. Boğaza yığılan moldovalılar bununla bağlı "klaviatura azarkeşlərimizə" müraciət ediblər. Fanatlardan, nəhayət, buna bir son verilməsi istənilib:

“Hörmətli azərbaycanlı dostlar!!! Artıq dərəcədə xahiş edirik ki, təhqiramiz ifadələrədək enməyəsiniz və “Şerif” FK-ya verbal hücumlara son qoyasınız. Bunun FK “Şerif”in rəsmi səhifəsini olduğunu nəzərə alaraq, bütün bu tip yazıların çıxarılacağını bildiririk. Anlayışa görə, təşəkkür edirik”.

Maraqlıdı ki, həmin posta da eyni cür şərhlər gəlib.


oxunma sayı: 391 | Paylaş:




?>