')

Bu gün:


FutbolPress.Az | "Qəbələ"dən sıçrayış -  "Qarabağ" yenə ən yaxşıdı

"Qəbələ"dən sıçrayış "Qarabağ" yenə ən yaxşıdı


oxunma sayı: 822 Paylaş:

FutbolPressAvrokuboklarda II təsnifat mərhələsi başa çatıb. Keçirilən matçlardan sonra klubların reytinq sıralaması açıqlanıb. Avropanın 442 komandasının qərarlaşdığı sıralamada 7 Azərbaycan klubuna da yer tapılıb.

Təmsilçilərimiz arasında ən yaxşı nəticə əvvəlkitək "Qarabağ"dadı. 16,000 reytinq xalı olan Ağdam klubu 3 pillə irəliləyib və hazırda 75-cidi.

Avropa Liqasında mərhələ adlayan "Qəbələ" hesabına 0,500 xal əlavə edib. Əmsalını 5,250-yə çatdıran "qırmızı-qaralar" 13 pilləlik sıçrayışa nail olub. "Qəbələ" hazırda 168-ci yerdə qərarlaşıb..

Digər komandalarımızın da mövqeyi dəyişib. Bu mövsüm avrokuboklarda oynamayan "Neftçi" 7 pillə geriləyib. "Ağ-qaralar" hazırda Azərbaycanın digər 4 komandası  - "İnter", "Zirə", "Kəpəz" və "Xəzər Lənkəran"la eyni göstəriciyə malikdi. 

Bu klublarımız 3,400 xalla 248-252-ci yerlərdə qərarlaşıblar.


oxunma sayı: 822 | Paylaş:





?>