')

Bu gün:


FutbolPress.Az | Kamran Ağayev Çexiya klubunda

Kamran Ağayev Çexiya klubunda


oxunma sayı: 1197 Paylaş:

FutbolPressAzərbaycan millisinin qapıçısı Kamran Ağayev karyerasını yenidən ölkə xaricində davam etdirəcək.

Bu ilin aprelində "Boavişta"dan ayrılan kiper bundan sonra Çexiyada forma geyinəcək. O, Boleslav "Mlada"sında çıxış edəcək.

Məlumatı Çexiya klubunun prezidenti Cozef Dufek verib. O, yerli mətbuata açıqlamasında bildirib ki, heyətdə 3 güclü qapıçının olmasını istəyiblər və Kamran Ağayevin komandanı gücləndirəcəyinə inanırlar.

Millinin qapıçısının bu gün rəsmi müqaviləyə qol çəkəcəyi deyilir.

"Mlada" bu mövsüm Avropa Liqasında çıxış edir. Komanda III təsnifat mərhələsində Albaniya "Skenderbeu"su ilə qarşılaşacaq.


oxunma sayı: 1197 | Paylaş:




?>