')

Bu gün:


FutbolPress.Az | Azərbaycan mövqeyini qorudu - UEFA reytinqi

Azərbaycan mövqeyini qorudu - UEFA reytinqi


oxunma sayı: 394 Paylaş:

FutbolPressAvropa Liqasında II təsnifat mərhələsinin oyunlarından sonra yeni UEFA reytinqi açıqlanıb. Baş tutan qarşılaşmalar cədvəldə müəyyən dəyişikliklərə səbəb olub.

Ancaq bu, Azərbaycandan yan keçib. Ölkəmiz əvvəlkitək 22-ci pilədədi.

Azərbaycan buna xal hesabını artırmaq sayəsində nail olub. "Qəbələ" səfərdə Polşa "Yagelloniya"sına qalib gələrək ölkənin hesabına 0,250 xal qazandırıb. "Astra" (Rumıniya) ilə qolsuz heç-heçəyə razılaşan "Zirə" isə aktivimizə 0,125 reytinq xalı gətirib. "İnter" isə səfərdə Lüksemburq "Fola"sına (1:4) uduzaraq, qazanc gətirə bilməyib.

Hazırda hesabındakı 17,000 xalla 22-ci olan Azərbaycan 21-ci yerdə qərarlaşan Kiprdən 0,425 xal geri qalır.


oxunma sayı: 394 | Paylaş:




?>