')

Bu gün:


FutbolPress.Az | "Uğur bizdən uzaq idi" - Riçard Qadze

"Uğur bizdən uzaq idi" - Riçard Qadze


oxunma sayı: 217 Paylaş:

FutbolPress"Zirə" Avropa Liqasının II təsnifat mərhələsində Rumıniyanın "Astra" klubuna iki oyunun nəticəsinə görə uduzaraq, mübarizəni dayandırıb - 1:3, 0:0. Matçdan sonra "Zirə"nin hücumçusu Riçard Qadze qarşılaşmadan sonra jurnalistlərə müsahibə verib:

"Sona qədər mübarizə apardıq. Qalib gələ bilərdik. Amma sonda heç-heçə qeydə alındı. Bu nəticə bizə çempionat üçün yaxşı motivasiya verdi".

- Oyunda ən xarakterli oyunçu kimi sən görünürdün. Düşünmürsən ki, digərləri də sənin kimi olsaydı, qalib gələ bilərdiz?
- Biz bir komandayıq. Heyətdə fərqli keyfiyyətlərə sahib futbolçular var. Amma mən kimisə nə günahlandıra, nə də ittiham edə bilərəm. Qalib gələndə də, uduzanda da birgə olmalıyıq. Dediyim kimi, biz bir komandayıq!

- “Zirə”də bu gün nə çatmadı?
- Fikrimcə, uğur bizdən uzaq idi. Məncə, yaxşı mübarizə apardıq.

- Oyunun ilk dəqiqələrində vura bilmədiyin qol şansını yəqin ki, bir müddət unutmayacaqsan...
- Top işlək olmayan sol ayağıma düşmüşdü. Mən də məcbur qalıb həmin vəziyyətdə zərbə endirdim.

- O, epizodda sol ayağını günahlandırmadın?
- Axı mən necə edə bilərəm. Bu, futboldur (gülür).

- “Astra”nın vaxtı uzatması sizə necə təsir edirdi?
- Futboldur, təzyiq altında olan rəqibin başqa yolu yox idi. Belə şeylərə normal yanaşıram.

- Hakimlərin qərarları qərəzli deyildi?
- Hakimlərin bəzi səhvləri oldu. Amma çox epizodlarımız bir çox epizodda özümüz faydalana bilmədik.


oxunma sayı: 217 | Paylaş:





?>