')

Bu gün:


FutbolPress.Az | Rəşad Sadıqov: "Şerif"lə "Qarabağ" oxşar komandalardı"

Rəşad Sadıqov: "Şerif"lə "Qarabağ" oxşar komandalardı"


oxunma sayı: 402 Paylaş:

FutbolPress"Zirə" Avropa Liqasının II təsnifat mərhələsində Rumıniyanın "Astra" klubuna iki oyunun nəticəsinə görə uduzaraq mübarizəni dayandırıb - 1:3 və 0:0.

"Dalğa Arena"da keçirilən cavab matçını izləyənlər arasında Azərbaycan millisinin və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov da olub. Təcrübəli futbolçu qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Oyun barədə fikirləriniz?
- “Zirə” yaxşı təsir bağışladı. Çoxlu şansları da oldu. Son vuruşlarda daha dəqiq oynamaq lazım idi. Belə olan halda mərhələni də adlamaq mümkün olardı.

- Zədəniz nə yerdədi?
- 3-4 gündü fərqi məşq edirəm. Hazır olandan sonra komanda ilə birgə çalışacam.

- “Şerif”lə oyunda meydana çıxmaq ehtimalınız var?
- Dəqiq bilinmir.

- ÇL-nin III təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olacaq “Şerif” haqda nə söyləyə bilərsiz?
- Təcrübəli komandadı. Hamımız yaxşı tanıyırıq. Neçə ildi ki, avrokuboklarda çıxış edir. Fikrimcə, bir-birinə oxşar komandalar qarşılaşacaq. Gərgin və maraqlı mübarizə gözləyitik.

- Pley-off yolunda “Şerif”i münasib rəqib saymaq olar?
- Hər şey rəqiblə deyil. Oyuna görə götürsək, ötən mövsüm “Viktoriya” ən keçiləsi komanda idi. Amma nə qədər etsək də, top qapıdan keçmədi. Güclü rəqiblər düşəndə biz fikirləşə bilmərik ki, artıq mübarizəni başa vuracağıq. Sona qədər oynayırıq. Həmçinin, qarşımızdakı rəqib də bu cür yanaşır. Biz zəif və ya güclü rəqib anlayışı ilə oyuna çıxmırıq. Onların da güclü cəhətləri var. İkinci oyun səfərdə olacaq. Düşünürəm ki, cütün taleyi də çəhz Moldovada həll olunacaq.

- “Qarabağ” “Samtredia”nı asan keçsə də, oyun planında probleməli olduğu hiss olunurdu. Bəlkə gücünüzü gizlədirdiniz?
- Xeyr, heç kimdən heç nə gizlətmirik. Əlimizdən gələni etdik. Komanda hazırdı. Mövsümün ilk oyunu idi. Ötən mövsüm də “Düdelanj”la oyunlar ağır keçmişdi. Ümid edirəm ki, qarşıdakı oyunda daha yaxşı formada olacağıq.


oxunma sayı: 402 | Paylaş:




?>