')

Bu gün:


FutbolPress.Az | "Azərbaycanı pis təmsil etmədik" - Ayxan Abbasov

"Azərbaycanı pis təmsil etmədik" - Ayxan Abbasov


oxunma sayı: 220 Paylaş:

FutbolPress“Zirə” Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Rumıniyanın “Astra” klubu ilə qarşılaşdı. İlk oyunda 1:3 hesabı ilə uduzan Bakı təmsilçisi ikinci matçda bu geriliyi aradan qaldıra bilmədi – 0:0.

Oyundan sonra keçirilən mətbuat konfransında komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı. Gənc mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirdi:

"Belə oyundan sonra danışmaq çətindi. Bilirdik ki, matç çətin keçəcək. İlk görüşdən sonra onların üstünlüyü vardı. Bizə qol lazım idi. Yaxşı imkanlarımız oldu. Ancaq təəsüflər olsun ki, yararlana bilmədik. Turnir bizim üçün bitdi. Futbolçularım əzmkarlıq göstərdilər. Klub olaraq çətinliyi başa düşürdük. Bizim üçün təcrübə oldu. Bundan sonra da inkişaf edəcəyik. Bu oyunu unudub çempionata hazırlaşmalıyıq. Çünki çox çətin keçəcəyini bilirəm. Biz Azərbaycanı pis təmsil etmədik. Sona qədər vuruşduq".

- Hakimliklə bağlı nə deyə bilərdiz?
- Həmişə deyirəm ki, çempionatda bizim hakimlər səhv edəndə çox üstlərinə getməyək. Hakimlik barədə danışmağı sevmirəm, ancaq suala cavab verə bilərəm ki, ordaki hakimlər, birinci qolda ofsaydı verməmişdi. Bu gün də rəqib tempi salırdı. Bizim hakimlərə şükür etməliyik. Görürsüz ki, hakimlər nə cür səhv edə bilirlər. Ümumi götürdükdə normal idi.

- Cinahlar zəif  görünürdü. Bu, nə ilə bağlıdı?
- Sizin fikrinizlə razı deyiləm, bizim hücumlar elə cinahlardan qurulmuşdu. Biirdik ki, rəqibin ən zıif yeri cinahlardı. Bundan istifadə etdik. Onlar yəqin etmişdilər ki, biz bu gün mərkəzdə hücum edcəyik. Əsas lazım olan son nöqtə idi, o da çatışmadı. Heyət yeni yığılıb, oyundan-oyuna daha yaxşı olacağıq.


oxunma sayı: 220 | Paylaş:




?>