"Qarabağ"dan daha bir ilk
Paylaş:
Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək “Qarabağ” – “Şerif” oyununun biletləri sabahdan etibarən satışa çıxarılacaq.
Qarşılaşmaya böyük marağı nəzərə alan “Qarabağ” azarkeşlərin qısa zaman kəsiyində asanlıqla biletlərini əldə etməsini düşünərək daha bir ilkə imza atıb.
Rəqibim dünən məlum olduğuna görə və sözügedən matçın cəmi 5 gün sonra keçiriləcəyini nəzərə alan klub önləyici tədbirlər görüb. “Şerif”lə matçın biletlərinin üzərində rəqib komandanın adı və loqosu yer almayıb. Bunun da əsas səbəbi bilet satışının daha erkən başlanması və azarkeşlərin çətinliklərlə üzləşmədən biletləri əldə etməsinə şərait yaratmaq olub.
Bu təcrübədən Avropanın bir çox klublarında da istifadə olunur və “Qarabağ” bu sistemdən istifadə etməklə Azərbaycanda bir ilki reallaşdıracaq.
| Paylaş: