Bu gün:


FutbolPress.Az | "Bizi Bakıdakından daha aqressiv oyun gözləyir" - Qurban Qurbanov

"Bizi Bakıdakından daha aqressiv oyun gözləyir" - Qurban Qurbanov


oxunma sayı: 151 Paylaş:

FutbolPress“Qarabağ" bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında səfərdə Gürcüstanın “Samtredia” klubunun qonağı olacaq.

Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib:

“İlk qarşılaşmadan sonra bildirmişdim ki, rəqibimiz yaxşı oyun göstərir və əzmkar mübarizə aparırlar. Ötən oyunda da hər qol buraxdıqdan sonra daha da aqressiv oynayırdı. Bunu xüsusilə qeyd edərdim. İlk oyundakı hesaba baxmayaraq, rəqib xoş sözlərə layiqdir. Bizim də çatışmazlıqlarımız var, bunları da aradan qaldırmaq üçün oyun praktikasına ehtiyacımız var. Nə qədər çox oyun keçirsək, bizim üçün o qədər yaxşıdı. Sabah meydanda tam hazır olan futbolçular yer alacaq. Oyuna gəldikdə isə rəqibin imkan verdiyi qədər hücum edəcəyik. Hücum etməklə yanaşı da müdafiə olunmağı da unutmamalıyıq. Sabah bizi Bakıdakından daha aqressiv qarşılaşma gözləyir”.

"Samtredia" - "Qarabağ" qarşılaşması sabah Bakı vaxtilə saat 21:00-da start götürəcək.


oxunma sayı: 151 | Paylaş: